Duxan - 44:56
Orada, ilk ölümdən başqa ölüm dadmazlar. Onları cəhənnəm əzabından qorumuşdur.
51, 52, ... 57 ayələri əsasında; Müttəqilər cənnətdə sonsuzadək güvənlik içində bir həyata qovuşdurulurlar:
Nəml/27:89
Kim yaxşılıq gətirərsə, ona ondan daha yaxşısı verilər və onlar o günün qorxusundan güvənlikdə olarlar.
Ğafir/40:9
"Onları pisliklərdən qoru. O gün kimi pisliklərdən qoruyarsan onlara rəhmət etmişsən. Böyük zəfər budur."
Duxan/44:54
Bu belədir; onlara gözəl həmtaylar vermişik.
Duxan/44:55
Tam bir güvənlik içində hər meyvəni istəyərlər.
Duxan/44:56
Orada, ilk ölümdən başqa ölüm dadmazlar. Onları cəhənnəm əzabından qorumuşdur.
İnsan/76:11
Həqiqətən, Allah onları o günün pisliyindən qoruyar və onlara nəşə və sevinc verər.
Hicr/15:45
Müttəqilər isə bağçalar və çeşmələr içindədir.
Hicr/15:46
Oraya sülh və güvənlik içində daxil olun.
Hicr/15:47
Sinələrindəki qısqanclığı qaldırarıq; qardaş olaraq qarşı-qarşıya yerləşdirilmiş taxtlar üzərindədirlər.
Furqan/25:75
Bunlar, səbr etdiklərindən ötrü Cənnət otaqları ilə mükafatlandırılarlar; orada xoşbəxt bir həyat və sülhə (əmin-amanlığa) qovuşdurularlar.
Rad/13:23
Ədn cənnətlərinə girərlər. Atalarından, zövcələrindən və soylarından yaxşı olanlar da onunla bərabərdir. Mələklər də hər qapıdan yanlarına daxil olarlar.
Rad/13:24
"Səbr etdiyinizə görə salam (sülh, hüzur) sizə olsun. Bu necə də gözəl son məskəndir."
Bəqərə/2:221
Ortaq qoşan qadınlar iman etmədikcə onlarla evlənməyin. İman edən bir xidmətçi qadın, ortaq qoşan bir qadından daha xeyirlidir; ondan xoşunuz gəlsə belə. Ortaq qoşan kişilərlə, iman edincəyə qədər qızlarınızı evləndirməyin. İman edən bir xidmətçi kişi ortaq qoşandan daha xeyirlidir, xoşunuz gəlsə belə... Onlar, atəşə çağırır. Allah isə cənnətə və bağışlanmağa çağırır və öyüd almaları üçün ayələrini insanlara açıqlayır.
Ənam/6:125
Allah kimi doğru yola yetişdirmək istəyərsə, onun könlünü İslama (Tanrıya təslim olmağa) açar, kimi də azdırmaq istəyərsə köksünü, göyə yüksəlirmiş kimi dar və sıxıntılı edər. Allah iman etməyənləri bax bu cür pis vəziyyətə salar.
Ənam/6:126
Bu, Rəbbinin ən doğru yoludur. Öyüd alan bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.
Ənam/6:127
Onlar Rəblərinin yanında barış (əmin - amanlıq) yurduna layiqdirlər. Etdikləri əməllərə görə onların sahibi Odur.
Məryəm/19:61
Rəhmanın qulları üçün söz verdiyi, hislərdən kənar Ədn cənnətlərinə... Onun sözü, şübhəsiz yerinə yetəcəkdir.
Məryəm/19:62
Orada boş söz eşitməzlər; sadəcə sülh... Ruzilərini də səhər-axşam alarlar.
Əhzab/33:44
Onunla qarşılaşdıqları gün rifah istəkləri Salamdır (sülhdür/güvənlikdir). Onlara böyük bir mükafat hazırlamışdır.
Zumər/39:73
Rəblərinə ehtiram edib dinləyənlər isə dəstə-dəstə cənnətə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə sülh olsun; qazandınız. Haydı, təməlli qalmaq üçün oraya daxil olun," deyərlər.