Duxan - 44:8
Ondan başqa tanrı yoxdur. Dirildir, öldürür. Sizin də, öncəki atalarınızın da Rəbbidir.
Allah, bizləri hər gün dirildib öldürür. Bu, axirətdə yenidən dirildiləcəyimizin işarəsidi.
Ənam/6:60
Odur, Gecə vaxtı sizi öldürən, gündüz vaxtı nə işlədiyinizi bilən, müəyyən həyat müddəti dolsun deyə gündüz vaxtı sizi dirildən... Sonra dönüşünüz Onadır və etdiklərinizi sizə xəbər verəcəkdir.
Zumər/39:42
Allah ölümü anında nəfsi (şüuru) alar; ölməyənləri də yuxu anında... Haqqında ölüm qərarı verdiklərini saxlayar və digərlərini də bəlli bir vaxta qədər geri buraxar. Düşünən bir topluluq üçün bunda dərslər və işarələr vardır.
Furqan/25:47
Və O, gecəni sizə bir örtük, yuxunu bir dincəlmə və gündüzü də bir dirilmə zamanı edəndir.