Casiyə - 45:17 Onlara açıq-aşkar əmrlər verdik. Onlara bilgi gəldikdən sonra, aralarındakı paxıllıqdan ötrü ayrılığa (ixtilafa) düşdülər. Dirilmə Günü sənin Rəbbin, ayrılığa düşdükləri mövzularda onların arasında hökm verəcəkdir.
İsrail oğulları paxılıq üzündən ayrılığa düşdülər (parçalandılar):
Bəqərə/2:213 İnsanlar tək bir topluluq idi. Allah peyğəmbərləri müjdələyici və xəbərdar edici olaraq göndərdi. Və ixtilafa düşdükləri mövzularda insanların arasında hökm etmələri üçün onlarla birlikdə gerçəyi əhatə edən kitabı nazil etdi. Halbuki kitab verilənlər onlara açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı qısqanclıqdan ötrü onun haqqında ixtilafa düşdülər. Fəqət Allah, izni ilə iman edənləri onların ixtilafa düşdüyü gerçəyə yetişdirdi. Allah istədiyini/istəyəni doğru yola yönəldir.
Bəqərə/2:87 Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.
Bəqərə/2:88 Hətta: “Sabit fikirliyik,” dedilər. Halbuki, inkarlarına görə Allah onları lənətləmişdi. Buna görə, onların çox azı iman edir.
Bəqərə/2:89 İnkarçılara qarşı yardım gözləmələrinə rəğmən, onlara Allah qatından yanlarında olanı təsdiqləyən bir Kitab, bu gözlədikləri şey, onlara gəlincə onu inkar etdilər. Allahın lənəti, inkar edənlərə olsun!
Bəqərə/2:90 Allahın, lütfünü qullarından istədiyinə endirməsini qısqanaraq Allahın nazil etdiyini inkar etmək üçün şəxsiyyətlərini satmaları necə də pisdir. Beləcə üst-üstə qəzəbə düçar oldular. Kafirlərə alçaldıcı bir əzab var.
Bəqərə/2:91 Onlara, “Allahın nazil etdiyinə iman edin!”– deyildiyində, (onlar:) “Biz özümüzə nazil edilənə iman edirik”– deyərək ondan sonra gələni inkar edərlər. Halbuki bu, yanlarında olanı təsdiqləyən gerçəkdir. De: “İman etmişdinizsə, nə üçün daha öncə Allahın peyğəmbərlərini öldürürdünüz?”
Bəqərə/2:113 Yəhudilər: “Xristianların bir təməli yoxdur," deyərkən, Xristianlar da: "Yəhudilərin bir təməli yoxdur," dedilər. Halbuki hamısı da kitabı oxuyurlar. Cahillər də eyni onlar kimi danışır. Dirilmə günü Allah ayrılığa düşdükləri mövzularda aralarında hökm verəcəkdir.

Ali İmran/3:19 Allah tərəfindən təsdiqlənən tək din , Təslim Olmaqdır (İslamdır). Kitab verilmiş olanlar, özlərinə bilik gəldikdən sonra sırf aralarındakı qısqanclıq üzündən anlaşmazlığa düşdülər. Allahın ayələrini inkar edənlər üçün Allah haqq-hesabı tez çəkər.
Ali İmran/3:73 "Sizin dininizə uyandan başqasına inanmayın." Sən də onlara: "Hidayət Allahın hidayətidir", de. "Sizə verilənin bənzərinin bir başqasına verildiyinə də inanmayın; yoxsa Rəbbiniz haqqında sizinlə mübahisə haqqı qazanarlar", deyərlərsə, "Lütf Allahın əlindədir, istədiyinə verir", de. Allah Comərddir, Biləndir.

Nisa/4:51 Özlərinə kitabdan bir pay verilənləri görmürsənmi? Bütpərəstliyə və yanlış doktrinalara inanırlar və inkar edənlər üçün, "Bunlar, iman edənlərdən daha doğru yoldadır", deyirlər.
Nisa/4:52 Onlar Allahın lənətinə məruz qaldılar. Allah kimi lənətləyərsə onun üçün bir yardımçı tapa bilməzsən.
Nisa/4:53 Yoxsa onların hökmranlıqda bir payımı var? Elə olsaydı, insanlara bir çəyirdək belə verməzdilər.
Nisa/4:54 Yoxsa Allahın Öz lütfündən insanlara verdiyinəmi həsəd aparırlar? Halbuki Biz, İbrahim ailəsinə Kitab və hikmət verdik. Onlara böyük bir səltənət verdik.

Məryəm/19:37 Məzhəblər, (İsanın şəxsiyyəti barəsində) aralarında anlaşılmazlığa (ixtilafa) düşdülər. Böyük bir günə şahid olacaq kafirlərin vay halına!

Şura/42:14 Onlara bilgi yetişdikdən sonra sırf aralarındakı paxıllıq ucbatından, ayrılığa (ixtilafa) düşdülər. Bəlli bir zaman üçün Rəbbinin verilmiş bir sözü olmasaydı, onların arasında dərhal hökm verilərdi. Onlardan sonra Kitaba varis olanlar da ondan şəkk və şübhə içindədirlər.

Zuxruf/43:63 İsa açıq-aşkar möcüzələrlə gəlincə demişdi ki, "Sizə hikmət və ayrılığa (ixtilafa) düşdüyünüz mövzulara açıqlama gətirdim. Allahı dinləyin və mənə tabe olun."
Zuxruf/43:64 "Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."
Zuxruf/43:65 Partiyalar və məzhəblər (öz) aralarında mübahisə etdilər. Ağrılı-acılı əzaba görə vay zalımların halına.

Casiyə/45:16 İsrail oğullarına Kitabı, hikməti və peyğəmbərliyi vermişdik. Onları yaxşı nemətlərlə ruziləndirmiş və onları bütün insanlara üstün etmişdik.
Casiyə/45:17 Onlara açıq-aşkar əmrlər verdik. Onlara bilgi gəldikdən sonra, aralarındakı paxıllıqdan ötrü ayrılığa (ixtilafa) düşdülər. Dirilmə Günü sənin Rəbbin, ayrılığa düşdükləri mövzularda onların arasında hökm verəcəkdir.