Əhqaf - 46:26 Sizi məskunlaşdırmadığımız yerlərə məskunlaşdırmışdıq onları. Onlara eşitmə və görmə hissləri ilə beyinlər vermişdik. Allahın ayə və möcüzələrini bilə-bilə inkar etdikləri üçün nə eşitmə, nə görmə hissləri və nə də beyinləri onlara heç bir fayda vermədi. İstehza etdikləri şeylər onları hər tərəfdən bürüdü.
46: 26 ilə əlaqəli ayə:
Əhqaf/46:26 Sizi məskunlaşdırmadığımız yerlərə məskunlaşdırmışdıq onları. Onlara eşitmə və görmə hissləri ilə beyinlər vermişdik. Allahın ayə və möcüzələrini bilə-bilə inkar etdikləri üçün nə eşitmə, nə görmə hissləri və nə də beyinləri onlara heç bir fayda vermədi. İstehza etdikləri şeylər onları hər tərəfdən bürüdü.

Ənam/6:6 Onlardan öncə neçə-neçə nəsilləri məhv etdiyimizi görmürlərmi? Sizi məskunlaşdırmadığımız bir şəkildə onları yer üzündə məskunlaşdırmışdıq. Onları nemətlərə boğmuş, ölkələrini də çaylarla əhatə etmişdik. Fəqət günahlarından ötrü onları məhv etdik və onlardan sonra başqa nəsillər yetişdirdik.