Əhqaf - 46:26
Sizi məskunlaşdırmadığımız yerlərə məskunlaşdırmışdıq onları. Onlara eşitmə və görmə hissləri ilə beyinlər vermişdik. Allahın ayə və möcüzələrini bilə-bilə inkar etdikləri üçün nə eşitmə, nə görmə hissləri və nə də beyinləri onlara heç bir fayda vermədi. İstehza etdikləri şeylər onları hər tərəfdən bürüdü.
Ad xalqı nə üçün məhv edildi?
Hud/11:53
Dedilər ki: "Ey Hud, Sən bizə qəti bir dəlil ilə gəlmədin, biz, sırf sənin sözünlə dinimizi buraxan deyilik. Sənə iman edəcək deyilik."
Hud/11:54
"Sənin tanrılarımızın biri tərəfindən vurulduğunu söyləyirik." Dedi ki: "Allahı şahid tuturam, siz də şahid olun ki, mən uzağam sizin ortaq qoşduğunuz,"
Əraf/7:65
Ad xalqına da qardaşları Hudu göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"
Əraf/7:70
Dedilər ki: "Sadəcə Allaha qulluq edək və atalarımızın qulluq/xidmət etdiklərini tərk edək deyəmi bizə gəldin? Doğru sözlüsənsə bizi təhdid etdiyin şeyi gətir, görək."
Fussilət/41:15
Ad xalqına gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərdilər və "Bizdən daha güclü kim var" dedilər. Onları yaradan Allahın onlardan daha güclü olduğunu anlamadılarmı? Onlar ayə və möcüzələrimizi bilərək inkar edirdilər.
Hud/11:59
Bax, Ad (xalqı) belə idi! Rəblərinin ayələrini rədd etdilər, elçilərinə üsyan etdilər və hər inadçı zalımın əmrinə tabe oldular.
Şuəra/26:123
Ad (xalqı) da elçiləri yalanladı.
Şuəra/26:124
Qardaşları Hud onlara demişdi ki, "Müttəqi davranmayacaqsınız?"
Şuəra/26:125
"Mən, sizə göndərilmiş güvənilir bir elçiyəm."
Şuəra/26:126
"Allahı dinləyib mənə tabe olun!"
Şuəra/26:127
"Buna qarşılıq sizdən hər hansısa bir ücrət də istəmirəm. Mənim ücrətim, ancaq aləmlərin Rəbbinə aiddir."
Şuəra/26:128
"Hər təpənin üzərinə bir işarət (bir inşa) yerləşdirib vaxt keçirirsiniz?"
Şuəra/26:129
"Əbədi qala bilərsiniz deyə sağlam tikililərmi əldə edirsiniz?"
Şuəra/26:130
"Yaxaladığınız vaxt qəddar kimi yaxalayırsınız."
Şuəra/26:131
"Allahı dinləyib mənə tabe olmalısınız."
Şuəra/26:132
"Bildiyiniz hər şeyi sizə verəni dinləyin."
Şuəra/26:133
"Sizə kənd təsərrüfatı heyvanları və övladlar verdi."
Şuəra/26:134
"Üstəlik bağçalar, çeşmələr..."
Şuəra/26:135
"Sizin üçün müdhiş bir günün cəzasından qorxuram."
Şuəra/26:136
Dedilər ki, "Öyüd versən də, verməsən də, bizə görə eynidir."
Şuəra/26:137
"Bu, bizdən öncəkilərin izlədiyi həyat tərzidir."
Şuəra/26:138
"Biz, cəzalandırılacaq da deyilik."
Şuəra/26:139
Beləcə onu yalanladılar. Nəhayət Biz də onları məhv etdik. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.