Fəth - 48:25
Onlar inkar edənlərdir, sizi Müqəddəs-Məsciddən və qurbanları yerinə çatdırmaqdan əngəlləyənlərdir. Özlərini tanımadığınız üçün incidə biləcəyiniz iman edən kişilər və iman edən qadınlar olmasaydı və beləcə onlardan ötrü bilmədən özünüzü üzmə ehtimalı olmasaydı... Beləcə Allah istəyəni rəhmətinə daxil edər. Bir-birləri ilə qarışmış halda olmasaydılar, onlardan inkar edənləri ağrılı-acılı bir əzabla cəzalandırardıq.
Qurbanın məqsədi:
Həcc/22:36
Allaha qulluğun bir işarəti olaraq, heyvanların qurban edilməsində sizin üçün faydalar mövcuddur. Onlar sırada düzülmüş halda üzərlərində Allahın ismini xatırlamalısınız. Yanları üzərinə düşdükləri zaman da onlardan yeyin və dilənənə də, dilənməyən yoxsula da yedirdin. Şükür edəsiniz deyə onları sizə amadə qıldıq.
Həcc/22:37
Allaha nə onların ətləri, nə də qanları yetişir; Ona ancaq sizin müttəqi davranışınız yetişir. Onları beləcə sizin xidmətinizə vermişdir ki, sizi doğruya yetişdirdiyi üçün Allahın böyüklüyünü xatırlayasınız.