Fəth - 48:4 O inanclarına inanc qatmaq üçün iman edənlərin qəlbinə hüzur endirəndir. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Hikmət Sahibidir.
3: 154 ilə əlaqəli ayə:
Tovbə/9:26 Sonra Allah, elçisi və iman edənlərin üzərinə Öz tərəfindən güvən və rahatlıq endirdi, əlavə olaraq, görmədiyiniz ordular endirdi və beləcə kafirləri cəzalandırdı. Kafirlərin cəzası məhz budur.
Tovbə/9:40 Siz ona yardım etməzsəniz, Allah ona yardım etmişdir. (Örnək olaraq) kafirlər onu, ikinin ikincisi olaraq çıxarmışdılar. O vaxt ikisi mağarada ikən, yoldaşına, "Üzülmə, Allah bizimlə bərabərdir," deyirdi... Allah ona hüzur və güvən endirdi; görmədiyiniz ordularla dəstəkləyərək inkar edənlərin sözünü alçaltdı. Uca olan, yalnızca Allahın sözüdür. Allah Üstündür, Hikmət sahibidir.

Əhzab/33:9 Ey iman edənlər, sizə ordular hücum etdiyi zaman, üzərlərinə bir külək və görmədiyiniz orduları göndərən Allahın sizə etdiyi yaxşılığı xatırlayın. Allah etdiyiniz hər şeyi Görəndir.

Fəth/48:4 O inanclarına inanc qatmaq üçün iman edənlərin qəlbinə hüzur endirəndir. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Hikmət Sahibidir.

Ənfal/8:11 Özündən bir güvənlik olaraq sizi yuxuya aparıb sakitləşdirirdi. (Susuzluğun yaratdığı depressiyadan) sizi təmizləmək, şeytanın pisliyini (ümidsizliyi) sizdən uzaqlaşdırmaq, qəlbinizi razı salmaq və ayaqlarınızı gücləndirmək üçün üzərinizə göydən su endirirdi.

Fəth/48:26 İnkar edənlər, könüllərindəki öfkə və təəssübü, cahiliyyə dövrünün fanatizmini alovlandırdıqlarında, Allah elçisinin və iman edənlərin üzərinə hüzurunu endirmiş və onların müttəqilik (təqva) sözünü tutmalarını təmin etmişdi. Onlar buna tam yaraşan və layiq olan kimsələrdi. Allah hər şeyi Biləndir.

Ali İmran/3:154 Sonra o üzüntünün ardından, içərinizdən bir qrupa təskinlik verən güvən dolu bir yuxunu üzərinizə endirdi. Bir qisminiz eqoistcəsinə öz dərdinə düşmüş, cahiliyyə dövründə olduğu kimi Allah haqqında yanlış düşüncələr çıxarır və, "Bu işdə bir səlahiyyətimiz varmı," - deyirdi. "Bütün səlahiyyət Allahındır," - de. Sənə açmadıqlarını içlərində gizləyirdilər. "Bizim bir səlahiyyətimiz olsaydı burada öldürülməzdik," - deyirlər. De ki, "Evlərinizdə belə olsaydınız, aranızda ölməsi qərarlaşdırılanlar devriləcəkləri yerə doğru sürünəcəkdilər." Allah beləcə kökslərinizdəkini sınayar və qəlblərinizdəkini təmizləyər. Allah ən gizli düşüncələri bilir.