Nisa - 4:101
Yer üzündə savaş üçün səfərə çıxdığınız zaman inkar edənlərin sizə hücum etməsindən qorxursunuzsa namazı qısaltmanızda bir günah yoxdur. Şübhəsiz inkar edənlər sizin açıq-aydın düşməninizdir.
Əlaqəli:
Bəqərə/2:239
Bir qorxu və narahatçılığınız varsa, piyada və ya minik üzərində (namazı qılın). Güvənə qovuşduğunuz zaman, bilmədiyiniz şeyləri sizə öyrətdiyi kimi Allahı xatırlayın.
Nisa/4:101
Yer üzündə savaş üçün səfərə çıxdığınız zaman inkar edənlərin sizə hücum etməsindən qorxursunuzsa namazı qısaltmanızda bir günah yoxdur. Şübhəsiz inkar edənlər sizin açıq-aydın düşməninizdir.
Nisa/4:102
Sən aralarında olub onlara namaz qıldırdığın zaman, onlardan bir qrup sizi qorumaq üçün yanınızda olsun və silahlarını da yanlarına alsın. Namaza duranlar səcdəyə vardıqlarında arxanızda olsunlar. Sonra namaz qılmamış olan qrup gəlsin və səninlə birlikdə namaza dursunlar, (namazı bitirmiş olan qrup isə) silahlarını alıb növbətçi dursunlar. İnkar edənlər, silahlarınızdan və əşyanızdan diqqətsiz davranmanızı və beləcə sizi qəfil bir hücumla məhv etməyi ümid edərlər. Yağmur və xəstəlik kimi səbəblərə görə silahlarınızı buraxmanızda bir günah yoxdur. Ancaq gözdə-qulaqda olun. Allah kafirlərə alçaldıcı bir əzab hazırladı.
Nisa/4:103
Namazı bitirdiyiniz zaman ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayın. Güvənə qovuşduğunuzda namazı qoruyun. Namaz iman edənlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.