Nisa - 4:104
O topluluğu təqib etməkdə səhlənkarlıq etməyin. Siz acı çəkirsinizsə, onlar da sizin kimi acı çəkir. Fəqət siz, onların Allahdan ummadığını umursunuz. Allah Biləndir, Hikmət Sahibidir.
9: 120 ilə əlaqəli ayə:
Ali İmran/3:140
Sizə bir sıxıntı toxundusa, düşmən topluluğuna da buna bənzər bir sıxıntı toxunmuşdur. Belə günləri, insanların arasında döndərib dururuq ki, Allah gerçək iman edənləri ayırsın və sizdən bəzilərini şahidlər seçsin. Allah zalımları sevməz.
Nisa/4:104
O topluluğu təqib etməkdə səhlənkarlıq etməyin. Siz acı çəkirsinizsə, onlar da sizin kimi acı çəkir. Fəqət siz, onların Allahdan ummadığını umursunuz. Allah Biləndir, Hikmət Sahibidir.
Tovbə/9:120
Nə şəhər əhalisi, nə də onların ətrafındakı Ərəblər, Allahın Elçisindən geri qalmamalı və özlərini ondan üstün görüb, öz canlarının hayına qalmamalıdır. Çünki Allah yolunda uğrayacaqları hər bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirəcək hər bir addım və düşmənə qarşı qazandıqları hər bir uğur, onlar üçün (əlavə) bir mükafat olaraq yazılar. Allah yaxşı davrananların mükafatını itirməz.
Tovbə/9:121
Böyük və ya kiçik, etdikləri hər yardım və keçdikləri hər vadi onlar üçün (əlavə) mükafat olaraq yazılar. Allah etdiklərinin ən gözəliylə onları mükafatlandırar.
Ənfal/8:45
Ey iman edənlər, bir ordu ilə qarşılaşdığınız zaman dayanın və Allahı daha çox xatırlayın ki, uğur qazanasınız.
Ənfal/8:46
Allaha və elçisinə tabe olun, mübahisə etməyin, yoxsa zəifləyib gücünüzü itirərsiniz. Çətinliklərə qarşı müqavimət göstərin. Əlbəttə Allah səbr edənlərlə bərabərdir.