Nisa - 4:110
Kim bir pislik edər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan və Rəhmli olduğunu görər.
Dirilmə günü pislik qazananların qarşılığı:
Ənam/6:160
Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qatı vardır. Kim pislik gətirərsə, ancaq gətirdiyinin misli ilə cəzalandırılar və onlara haqsızlıq edilməz.
Yunus/10:27
Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.
Qasas/28:84
Kim yaxşılıqla gələrsə, ona ondan daha yaxşısı veriləcəkdir. Kim pislik ilə gələrsə, o pislikləri işləyənlərə ancaq etdikləri qədər bir qarşılıq veriləcəkdir.
Ğafir/40:40
Kim pislik işləyərsə, ona ancaq onun qədər bir cəza verilər. Kişi və ya qadın (olsun), kim inanclı olaraq müttəqi işlər görərsə, onlar cənnətə girərlər və orada hesabsız olaraq nemətlənərlər.
Zəlzələ/99:8
Və kim bir atom ağırlığında pislik edərsə, onu görər.
Ya sin/36:54
Bu gün heç kimsəyə ən xırda bir haqsızlıq edilməz və etdiyinizin qarşılığından başqasını da görməzsiniz.
Ğafir/40:17
O gün hər kəsə etdiyinin qarşılığı ödənər. O gün haqsızlıq yoxdur. Allah tez haqq-hesab çəkəndir.
Qaf/50:29
"Mənim qatımda söz dəyişdirlməz və Mən qullara əsla haqsızlıq etmərəm."
Qariə/101:6
Kimin tərəziləri ağır gələrsə,
Qariə/101:7
O, xoşbəxt bir həyat içində olacaqdır.
Qariə/101:8
Kimin də tərəziləri yüngül gələrsə,
Qariə/101:9
Onun da anası uçurumdur.
Nisa/4:85
Kim bir yaxşılığa vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Kim bir pisliyə vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Allah hər şeyi kontrol edər.
Nisa/4:123
Bu, nə sizin xülyalarınız, nə də Kitab əhlinin xülyalarına görədir: Kim bir pislik işləyərsə qarşılığını görər və Allahdan başqa bir Sahib və Yardımçı tapa bilməz.
Saffat/37:37
Həqiqətən, o, gerçəyi gətirmiş və elçiləri təsdiqləmişdir.
Saffat/37:38
Siz əlbəttə ağrılı-acılı əzabı dadacaqsınız.
Saffat/37:39
Sadəcə etmiş olduqlarınızın qarşılığını görürsünüz.
Əhqaf/46:19
Hər biri üçün, etdiklərinə görə dərəcələr vardır. Etdiklərinin qarşılığı, haqsızlıq edilmədən tam verilər.
Ənbiya/21:47
Dirilmə günü üçün ədalət tərəziləri qurarıq. Kimsəyə heç bir haqsızlıq edilməz. Xardal dənəsi qədər bir ağırlığı belə hesaba qatacağıq. Biz, Hesab Çəkən olaraq yetərik.
Casiyə/45:15
Kim müttəqi davranarsa, öz xeyrinədir. Kim pis davranarsa, öz zərərinədir. Sonra Rəbbinizə döndəriləcəksiniz.
Fussilət/41:27
İnkar edənlərə şiddətli bir əzabı daddıracağıq və etdiklərinin ən pisi ilə onlara qarşılıq verəcəyik.