Nisa - 4:120 Onlara söz verir, ümid verir. Gerçəkdə, şeytanın onlara verdiyi söz aldatmaqdan başqa bir şey deyildir.
Şeytanın gücü kimlər üçün yoxdur?
Hicr/15:39 (İblis) dedi ki: "Rəbbim, məni yoldan çıxartdığın üçün, onları yer üzündə başdan çıxarıb toplu halda azdıracağam."
Hicr/15:41 (Allah) dedi ki: "Bax Mənim dəyişməz qanunum budur."
Hicr/15:42 "Əlbəttə, sadəcə Mənə qulluq edənlərə qarşı bir gücün yoxdur. Ancaq sənə tabe olan azğınlara gücün yetər."

İsra/17:64 Onlardan gücün çatdığı kimsələri səsinlə yerindən oynat, onlara qarşı bütün gücünü və adamlarını səfərbər et, paralarının (pullarının) və övladlarının bir bölümünə ortaq ol və onlara ümid ver. Şeytan, onlara ancaq saxta ümidlər verir."
İsra/17:65 "Qullarıma gəlincə, sənin onlar üzərində heç bir gücün yoxdur." Qoruyucu olaraq Rəbbin yetər.

Nəhl/16:98 Quran oxuduğunda, qovulmuş şeytandan Allaha sığın!
Nəhl/16:99 İman edib Rəblərinə güvənənlərə onun bir gücü yoxdur.