Nisa - 4:129 Nə qədər istəsəniz də qadınlara eyni davrana bilməzsiniz. Elə isə birinə tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Bu vəziyyəti düzəldib müttəqi olarsanız, Allah Bağışlayandır, Rəhmlidir.
Nə zaman çox arvadlılıq?
Nisa/4:3 Yetim qızlar haqqında ədalətli davranmamaqdan qorxursunuzsa, uyğun gördüyünüz qadınların ikisi, üçü və dördü ilə evlənə bilərsiniz. Onlara eyni davranmamaqdan qorxursunuzsa biri ilə və ya andlarınızın/müqavilələrinizin haqq sahibi olduqları ilə kifayətlənin. Azmamağınız üçün ən uyğunu budur.
وَاِنْ خِفْتُمْ اَلَّا تُـقْسِطُوا فِي الْيَتَامٰى فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَٓاءِ مَثْنٰى وَثُلٰثَ وَرُبَاعَۚ فَاِنْ خِفْتُمْ اَلَّا تَعْدِلُوا فَوَاحِدَةً اَوْ مَا مَلَكَتْ اَيْمَانُكُمْۜ ذٰلِكَ اَدْنٰٓى اَلَّا تَعُولُواۜ