Nisa - 4:131
Göylərdə və yerdə nə varsa Allahındır. Sizdən öncə Kitab verilənlərə də, sizə də "Allaha hörmət edib dinləyin," - deyə öyüd verdik. İnkar etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa Allahındır. Şübhəsiz Allah kimsəyə möhtac deyildir, tərifə layiqdir.
Məqsəd; inkar edərsəniz, Allah kimsəyə möhtac deyildir, inkar etməyəcək camaatı yerinizə keçirə biləcək zənginliyə və gücə malikdir:
Hədid/57:24
Bunlar üstəlik xəsisdirlər və insanlara xəsisliyi öyüd-nəsihət edirlər. Kim üz çevirərsə, şübhəsiz Allah Zəngindir, Tərifəlayiq olandır.
Muhəmməd/47:38
Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.
Ənam/6:132
Etdiklərinə qarşılıq olaraq hər biri üçün dərəcələr vardır. Rəbbin, onların etdiklərindən xəbərsiz deyil.
Ənam/6:133
Rəbbin Zəngindir, Rəhmət Sahibidir. İstəsə, sizi götürər və sizi başqalarının soyundan necə gətirmişsə sizdən sonra da yerinizə istədiklərini yerləşdirər.
Fatir/35:15
Ey insanlar, siz Allaha möhtacsınız. Allah isə heç kimsəyə möhtac deyildir, Təriflənəndir.
Fatir/35:16
İstəyərsə, sizi götürər və yerinizə yeni məxluqları gətirər.
Fatir/35:17
Bu, Allah üçün çətin deyildir.
Nisa/4:131
Göylərdə və yerdə nə varsa Allahındır. Sizdən öncə Kitab verilənlərə də, sizə də "Allaha hörmət edib dinləyin," - deyə öyüd verdik. İnkar etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa Allahındır. Şübhəsiz Allah kimsəyə möhtac deyildir, tərifə layiqdir.
Nisa/4:132
Göylərdə və yerdə nə varsa, Allahındır. Qoruyucu olaraq Allah yetər.
Nisa/4:133
Ey insanlar! O istəyərsə sizi ortadan qaldırıb başqalarını gətirər. Allahın gücü buna yetər.
Maidə/5:54
Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.
Ənam/6:89
Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.