Nisa - 4:146
Ancaq tövbə edən, vəziyyətini düzəldən, Allaha sarılan və dinlərini sadəcə Allaha aid edənlər başqa... Bunlar, iman edənlərlə birlikdədir. Allah iman edənlərə daha sonra böyük bir mükafat verəcək.
Peşman olub tövbə edən ikiüzlülər əfv edilmişdir:
Tovbə/9:102
Digərləri isə günahlarını etiraf etdilər, yaxşı işlərlə pis işləri bir-birinə qarışdırdılar. Ümid edilir ki, Allah onları əfv etsin. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:106
Bir başqa qrup da Allahın hökmünü gözləyir. Onları ya cəzalandırar, və ya tövbələrini qəbul edər. Allah Biləndir, Hikmət sahibidir.
Əhzab/33:23
İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.
Əhzab/33:24
Allah beləcə doğruları doğruluqları ilə mükafatlandırır. İkiüzlüləri də istəyərsə cəzalandırar və ya tövbələrini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:117
Allah, peyğəmbərin, köç (hicrət) edənlərin və yardım edənlərin tövbəsini qəbul etmişdir. Onlar, özlərindən bir dəstənin qəlblərinin az qalsın döndüyü çətin anda ona tabe olmuşdular. Sonra onların yönəlişini (tövbəsini) qəbul etdi. O, onlara qarşı çox Şəfqətlidir, Rəhmlidir.
Tovbə/9:118
Geridə qalan o üç nəfərin də (tövbəsini qəbul etdi). Yer üzü bütün genişliyinə rəğmən onlara dar gəlmişdi. Ürəkləri sıxılmışdı. Nəhayət, Allahdan qaça bilməyəcəklərini anladılar. Bundan sonra, yönəlmələri üçün O, onlara yönəldi. Allah Yönəlmələri qəbul edəndir, Rəhmlidir.
Fəth/48:11
Ərəblərdən geridə qalanlar, "Paralarımız (pullarımız) və ailə-uşaqlarımız bizə mane oldu, bizim üçün bağışlanma dilə," deyəcəklər. Onlar qəlblərində olmayanı, dilləri ilə söyləyirlər. De ki, "Sizin üçün bir zərər və ya fayda diləyərsə, Allahın bu diləyinə kim əngəl ola bilər?" Halbuki Allah bütün etdiklərinizdən xəbərdardır.
Fəth/48:16
Ərəblərdən geri qalanlara de ki: "Siz çox güclü bir topluluğa qarşı çağırılacaqsınız. Onlar təslim olana qədər onlarla savaşacaqsınız. İtaət etsəniz Allah sizə gözəl bir mükafat verər. Daha öncə üz çevirdiyiniz kimi üz çevirsəniz, sizi ağrılı-acılı bir əzab ilə cəzalandırar.
Ənfal/8:33
Sən onların arasında olduğun müddətcə Allah onlara əzab edəcək deyildir. Onlar bağışlanma diləyərlərkən də Allah onları cəzalandıracaq deyildir.