Nisa - 4:154
Onlardan söz alarkən Sina Dağını üzərlərinə yüksəltdik. Onlara, "Qapıdan təvazökar olaraq daxil olun," - dedik. Onlara, "Şənbə gününün qadağasını pozmayın," - dedik; onlardan sağlam bir söz aldıq.
Firon və camaatına göstərməsi üçün Musaya verilən digər möcüzələr:
İsra/17:101
Musaya açıq-aşkar doqquz möcüzə verdik. İstəyirsən İsrail oğullarından soruş. Onların yanına getdiyində, Firon ona, "Musa, sənin ovsunlanmış olduğunu sanıram," demişdi.
Nəml/27:9
"Musa, bu Mənəm, Mən Üstün və Hikmət sahibi olan Allaham!"
Nəml/27:10
"Dəyənəyini at." Onu kiçik bir ilan kimi titrəşdiyini görüncə, arxasına dönüb baxmadan qaçdı. "Musa, qorxma; elçilər hüzurumda qorxmazlar."
Nəml/27:11
"Ancaq kim zülm edərsə, sonra günahlarını buraxıb yaxşılıq edərsə, ona qarşı Mən Bağışlayıcıyam, Rəhmliyəm!"
Nəml/27:12
"Əlini qoynuna sal ki; qüsursuz ağappaq olaraq çıxsın. Firon və xalqına göstərəcəyin doqquz möcüzədən biridir. Onlar yoldan çıxan bir camaatdırlar."
Nəml/27:10
"Dəyənəyini at." Onu kiçik bir ilan kimi titrəşdiyini görüncə, arxasına dönüb baxmadan qaçdı. "Musa, qorxma; elçilər hüzurumda qorxmazlar."
Nəml/27:12
"Əlini qoynuna sal ki; qüsursuz ağappaq olaraq çıxsın. Firon və xalqına göstərəcəyin doqquz möcüzədən biridir. Onlar yoldan çıxan bir camaatdırlar."
Əraf/7:171
Dağı bir çətir kimi üzərlərində sallamışdıq. Belə ki, təpələrinə düşəcəyini sanmışdılar: "Sizə verdiyimə möhkəmcə sarılın. Qurtula bilməniz üçün məzmunu üzərində düşünün."
Bəqərə/2:72
Bir vaxt bir nəfəri öldürmüş və günahı bir-birinizin üstünə atmışdınız. Halbuki Allah gizlədiklərinizi aşkara çıxaracaqdı.
Bəqərə/2:73
“(Düyənin) bir parçasıyla ona (öldürülənə) vurun!” dedik. Bax, Allah ölüləri bu cür dirildir və düşünəsiniz deyə ayələrini (möcüzələrini) bu cür göstərir.
Əraf/7:117
Biz də Musaya "Əsanı at," deyə vəhy etdik. Həqiqətən o, onların uydurduqlarını toplayıb uddu.
Əraf/7:160
Onları on iki qəbilə halında topluluqlara ayırdıq. Xalqı ondan su istədiyi zaman Musaya, "Əsan ilə daşa vur," deyə vəhy etdik. Ondan on iki çeşmə fışqırdı və hər qəbilə içəcəyi yeri bildi. Ayrıca onları buludlarla kölgələndirdik və üzərlərinə mənna və bildirçin endirdik: "Sizə verdiyim ruzilərdən yeyin." Onlar Bizə haqsızlıq etmirdilər, öz-özlərinə haqsızlıq edirdilər.

Şuəra/26:63
Musaya, "Dəyənəyini dənizə vur!" deyə vəhy etdik. Bundan sonra yarıldı və hər hissəsi böyük bir təpə kimi oldu.
Bəqərə/2:55
Bir zamanlar, "Ey Musa, Allahı fiziki olaraq (açıq-aşkar) görmədikcə iman etməyəcəyik,”– demişdiniz. Gözünüz görə-görə sizi ildırım vurmuşdu.
Bəqərə/2:56
Sonra, bəlkə şükür edərsiniz deyə ölümünüzün ardından sizi diriltmişdik.