Nisa - 4:16
Sizdən zina işləyən cifti cəzalandırın. Tövbə edib düzələrlərsə onlardan əl çəkin. Allah yönəlmələri (tövbələri) qəbul edəndir, Rəhmlidir.
Zina edən qadın və kişi haqqında:
Nisa/4:25
Sizdən azad qadınlarla evlənməyə imkanı olmayanlar, iman etmiş andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqları ilə evlənsinlər. İnancınızı ən yaxşı bilən Allahdır. Bir-birinizə uyğunsunuz. Sahiblərinin izniylə və uyğun şəkildə mehrlərini ödəyərək onlarla nikahlanın. İffətli yaşasınlar, zina etməsinlər və gizli dostlar tapmasınlar. Evlilik yoluyla azadlıqlarına qovuşduqdan sonra zina edərlərsə, onlara azad qadınlara verilən cəzanın yarısı tətbiq edilməlidir. Bu, günaha girməkdən qorxanlarınız üçündür. Səbr edərsəniz sizin üçün daha yaxşıdır. Allah Bağışlayandır, Rəhmlidir.
Nur/24:1
Bu, nazil edərək qanun olaraq yayımladığımız bir surədir, öyüd alasınız deyə içinə açıq-aşkar ayələr yerləşdirdik.
Nur/24:2
Zina edən qadın və kişinin hər birinə yüz qamçı vurun. Allaha və axirət gününə iman edirsinizsə, onlara olan acıma hissiniz Allahın qanununu yerinə yetirməkdə sizə əngəl olmamalıdır. İman edənlərdən bir qrup onların cəzalandırılma prosesinə şahid olsun.
Nur/24:3
Zina edən bir kişi, ancaq, zina edən və ya müşrik bir qadınla evlənə bilər; zina edən bir qadın da, ancaq, zina edən və ya müşrik bir kişi ilə evlənə bilər. Bu, iman edənlər üçün qadağandır.
Nur/24:4
Evli qadınları günahlandırdıqdan sonra dörd şahid gətirə bilməyənlərə səksən qamçı vurun və onların şahidçiliyini əbədi olaraq qəbul etməyin. Onlar yoldan çıxmış kimsələrdir.
Nur/24:5
Ancaq, bundan sonra yönəlib vəziyyətlərini düzəldənlər başqa. Allah Bağışlayandır, Rəhmlidir.
Nur/24:6
Arvadlarını günahlandırıb özlərindən başqa şahidləri olmayan kişilərdən birinin şahidliyi, doğru danışdığına dair dörd dəfə Allaha and içməsiylə keçərlidir.
Nur/24:7
Beşinci andında da, yalançı olduğu təqdirdə Allahın lənətinin öz üzərinə olmasını diləyər.
Nur/24:8
Dörd dəfə Allaha and içərək ərinin yalan söylədiyinə şahidlik etdiyi təqdirdə qadın cəzanı uzaqlaşdırar.
Nur/24:9
Beşinci andda da, ərinin doğru olduğu təqdirdə özünün Allahın qəzəbinə uğramasını diləyər.
Nisa/4:15
Qadınlarınızdan fahişəlik edənlərə qarşı içinizdən dörd şahid gətirin. Şahidlik edərlərsə, onları, ölüncəyə və ya Allah onlara bir yol açana qədər evlərdə tutub saxlayın.
Nisa/4:16
Sizdən zina işləyən cifti cəzalandırın. Tövbə edib düzələrlərsə onlardan əl çəkin. Allah yönəlmələri (tövbələri) qəbul edəndir, Rəhmlidir.