Nisa - 4:19 Ey iman edənlər! Qadınların mirasına onların istəklərinə zidd olaraq mirasçı olmanız sizin üçün qanuni deyil. Onlara öncədən vermiş olduğunuz malları onlardan geri almaq üçün onları sıxışdırmayın. Fahişəlik etmələri istisna. Onlarla yaxşı keçinin. Onlardan xoşlanmırsınızsa, ola bilər ki, xoşlanmadığınız bir şeyə Allah çox xeyir qoşmuşdur.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.