Nisa - 4:2 Yetimlərin mallarını özlərinə verin və təmiz olanı pis olanla dəyişməyin. Mallarını öz mallarınıza qatıb yeməyin. Bu böyük bir ədalətsizlik olar.
Yetimlərin malları haqqında:
Nisa/4:6 Evlənmə yaşına yetişdiklərində yetimləri sınayın. Onlarda yetkinlik görərsəniz mallarını özlərinə verin. Onlar böyüyüəcək deyə israfçılıq və tələm-tələsiklə mallarını yeməyin. Zəngin, (malın qorunması üçün çəkdiyi zəhmətin haqqından) imtina etsin. Fəqir isə uyğun bir miqdarda xərcləsin. Mallarını onlara (yetimlərə) şahidlər hüzurunda geri verin. Haqq-hesab çəkməyə Allah yetər.
Nisa/4:10 Yetimlərin mallarını haqsız yerə yeyənlər qarınlarını atəşlə doldurmuş olarlar və cəhənnəmi boylayacaqlar.

Ənam/6:152 Yetkinlik çağına yetişincəyə qədər yetim malına yaxınlaşmayın. Ölçünü və çəkini doğru dürüst edin. Kimsəyə gücünün yetmədiyi şeyi yükləmərik. Danışdığınız zaman əqrəbanızın əleyhində olsa belə doğru olun. Allaha verdiyiniz sözü tutun. Bunlar, dərs alasınız deyə Onun sizə verdiyi öyüdlərdir.

İsra/17:34 Yetimlərin malına, yetkinlik çağına çatana qədər toxunmayın; faydaları üçün olarsa başqa. Və verdiyiniz sözləri yerinə yetirin. Çünki verdiyiniz sözdən sorğu-sual olunacaqsınız.

Bəqərə/2:220 Bu dünya və axirət haqqında... Səndən bir də kimsəsizlər haqqında soruşarlar. De ki: “Onları müttəqi şəxslər olaraq yetişdirməniz ən böyük yaxşılıqdır. Mallarını mallarınıza qatarsanız ailə üzvləriniz olarlar." Allah fəsad törədəni islah edəndən ayırd etməsini bilir. Allah istəsəydi sizi çətinliyə salardı. Allah Güclüdür, Hikmət Sahibidir.