Nisa - 4:23
Sizə bunlar qadağan edildi: Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, qızları ilə evlənə bilərsiniz– öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq. Olub-keçən evliliklər bu qanunun xaricindədir. Allah Bağışlayandır, Rəhmlidir.
İnananların evlenmesi yasak kişiler:
Nisa/4:23

Bəqərə/2:221
Ortaq qoşan qadınlar iman etmədikcə onlarla evlənməyin. İman edən bir xidmətçi qadın, ortaq qoşan bir qadından daha xeyirlidir; ondan xoşunuz gəlsə belə. Ortaq qoşan kişilərlə, iman edincəyə qədər qızlarınızı evləndirməyin. İman edən bir xidmətçi kişi ortaq qoşandan daha xeyirlidir, xoşunuz gəlsə belə... Onlar, atəşə çağırır. Allah isə cənnətə və bağışlanmağa çağırır və öyüd almaları üçün ayələrini insanlara açıqlayır.
Bəqərə/2:230
Qadını yenə (üçüncü dəfə) boşayarsa, qadın başqa birisi ilə evlənmədikcə ona bundan sonra halal olmaz. Allahın qayda-qanununa riayət edəcəklərinə inanırlarsa təkrar bir-birlərinə dönmələrində bir qəbahət yoxdur. Bu Allahın qanunudur; onu bilən bir camaat üçün açıqladıq.
Nisa/4:22
Atanızın evlənmiş olduğu qadınlarla artıq evlənməyin. Fəqət keçmişdə etdiyiniz bu tip evlilikləri də pozmayın. O davranış böyük bir günahdır, iyrənc və pis bir yoldur.
Əhzab/33:37
Allah tərəfindən özünə yaxşılıq edilən və sənin də yaxşılıq etdiyin şəxsə, "Arvadını saxla və Allaha qarşı diqqətli ol," deyirdin. Beləcə Allahın açığa vuracağı bir şeyi gizləyirdin. Allahdan çəkinməli olduğun halda, insanlardan çəkinirdin. Zeyd zövcəsiylə əlaqəsini kəsdiyində Biz səni onunla evləndirmişdik ki, iman edənlər, övladlığa götürdükləri zövcələri ilə əlaqələrini kəsdiklərində onlarla evlənməkdə çətinliklə qarşılaşmasın. Allahın əmri yerinə yetirilməlidir.
Əhzab/33:53
Ey iman edənlər, peyğəmbərin evinə, yeməyə dəvət edilmədən daxil olmayın. Elə bir dəvəti də gözləməyin. Dəvət edildiyiniz vaxt daxil ola bilərsiniz. Yeməyi yedikdən sonra ayrılıb dağılın. Hədislərə (sözlərə) dalmayın. Bu vəziyyət peyğəmbəri üzür (narahat edir); ancaq sizə bildirməkdən utanırdı. Allah gerçəyi bildirməkdən çəkinməz. Onun xanımlarından bir şey istədiyinizdə onu bir pərdə arxasından istəyin. Bu sizin qəlbiniz və onların qəlbləri üçün daha təmiz bir davranışdır. Allahın elçisini üzməməlisiniz və ondan sonra onun zövcələri ilə əsla evlənməməlisiniz, çünki bu, Allah qatında çox böyük bir günahdır.