Nisa - 4:29 Ey iman edənlər! Bir-birinizin malını qarşılıqlı razılıqla edilən ticarətlə də olsa haqsızlıq və hiylə ilə yeməyin. Bir-birinizi öldürməyin. Allah sizə qarşı Rəhmlidir.
Əlaqəli:
Nisa/4:92 Qəza halı istisna olmaqla iman etmiş bir şəxs, iman etmiş bir şəxsi öldürə bilməz. Kim bir iman edəni qəza ilə öldürmüşsə, iman etmiş bir köləni azad etməli və ölənin ailəsinə diyə ödəməlidir. Ancaq diyəni istəməyib sədəqə olaraq qəbul edərlərsə başqa. Əgər o ölən kimsə, iman edən olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, o zaman iman edən bir köləni azad etməlisiniz. Əgər öldürülən, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, ailəsinə qanbahası verməli və iman etmiş bir köləni azad etməlisiniz. Kim (lazım olan pulu və ya azad edə biləcəyi bir kölə) tapa bilmirsə, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün iki ay fasiləsiz oruc tutmalıdır. Allah Biləndir, Hikmət Sahibidir.

Maidə/5:32 Bunun üçün İsrail oğullarına bunu yazdıq: "Kim, cinayət işləməmiş və yer üzündə fəsad törətməmiş bir adamı öldürərsə bütün insanları öldürmüş kimidir. Kim də o canı yaşadarsa, bütün insanları yaşatmış kimi olar. Elçilərimiz onlara açıq-aşkar dəlillərlə gəldilər. Buna rəğmən onların çoxu dərhal sonra yer üzündə azğınlıq etməyə başladılar.

Ənam/6:151 De ki: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini söyləyim." Ona heç bir şeyi ortaq qoşmayın. Ana-ataya yaxşı davranın. Yoxsulluq qorxusuyla övladlarınızı öldürməyin; Sizi də, onları da Biz bəsləyirik. Böyük günahların aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın qutlu hesab etdiyi cana haqsız yerə qıymayın. Bunlar, düşünəsiniz deyə Onun sizə verdiyi öyüdlərdir.

İsra/17:33 Allahın, qutlu hesab etdiyi canı haqsız yerə öldürməyin. Kim haqsızlığa uğrayaraq öldürülərsə, onun mirasçılarına səlahiyyət vermişik. İntiqam hissiylə öldürmədə həddi aşmasın; çünki ona yardım edilmişdir.

Furqan/25:68 Onlar, Allah ilə birlikdə başqa tanrılar çağırmazlar; Allahın qadağan etdiyi canı haqsız yerə öldürməzlər və zina etməzlər. Bunları işləyən, günahların hesabını ödəyər.

Nisa/4:29 Ey iman edənlər! Bir-birinizin malını qarşılıqlı razılıqla edilən ticarətlə də olsa haqsızlıq və hiylə ilə yeməyin. Bir-birinizi öldürməyin. Allah sizə qarşı Rəhmlidir.