Nisa - 4:29 Ey iman edənlər! Bir-birinizin malını qarşılıqlı razılıqla edilən ticarətlə də olsa haqsızlıq və hiylə ilə yeməyin. Bir-birinizi öldürməyin. Allah sizə qarşı Rəhmlidir.
Haqsız yerə xalqın parasını (pulunu) / malını yeyənlərin sonu:
Bəqərə/2:275 Sələm (riba) yolu ilə para (pul) yeyənlər, şeytanın çarpdığı kimsə kimi ayağa qalxarlar. Bu, onların, “Sələm (riba) alış-veriş kimidir,”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi (ribanı) isə haram etdi. Kimə Rəbbindən bir öyüd gələndən sonra vaz keçərsə, keçmişdə qazandıqlarını saxlaya bilər; işi də Allaha qalmışdır. Davam edənlər isə cəhənnəm xalqıdır və orada sürəkli qalarlar.

Nisa/4:10 Yetimlərin mallarını haqsız yerə yeyənlər qarınlarını atəşlə doldurmuş olarlar və cəhənnəmi boylayacaqlar.