Nisa - 4:54 Yoxsa Allahın Öz lütfündən insanlara verdiyinəmi həsəd aparırlar? Halbuki Biz, İbrahim ailəsinə Kitab və hikmət verdik. Onlara böyük bir səltənət verdik.
Allahın istədiyi qullarına verdiyi lütfü nədir?
Nisa/4:113 Allahın sənə lütfü və rəhməti olmasaydı, onlardan bir qrup səni azdıracaqdı. Onlar, yalnız özlərini azdırır; sənə heç bir zərər verə bilməzlər. Allah sənə Kitab və hikməti nazil etdi və sənə bilmədiyin şeyləri öyrətdi. Allahın sənə olan lütfü böyükdür.

Bəqərə/2:90 Allahın, lütfünü qullarından istədiyinə endirməsini qısqanaraq Allahın nazil etdiyini inkar etmək üçün şəxsiyyətlərini satmaları necə də pisdir. Beləcə üst-üstə qəzəbə düçar oldular. Kafirlərə alçaldıcı bir əzab var.
Bəqərə/2:253 O elçilərin bəzisinə digərlərindən daha çox lütf göstərdik. Örnək olaraq, bəziləriylə Allah danışdı, bəzilərini də dərəcələrlə yüksəltdi. Məryəm oğlu İsaya açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Allah istəsəydi, onların ardından gələnlər onlara açıq-aşkar dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Bəzisi iman etdi, bəzisi inkar etdi. Allah istəsəydi, bir-biriləri ilə savaşmazdılar. Fəqət, Allah istədiyini edər.

Ali İmran/3:73 "Sizin dininizə uyandan başqasına inanmayın." Sən də onlara: "Hidayət Allahın hidayətidir", de. "Sizə verilənin bənzərinin bir başqasına verildiyinə də inanmayın; yoxsa Rəbbiniz haqqında sizinlə mübahisə haqqı qazanarlar", deyərlərsə, "Lütf Allahın əlindədir, istədiyinə verir", de. Allah Comərddir, Biləndir.

Nisa/4:54 Yoxsa Allahın Öz lütfündən insanlara verdiyinəmi həsəd aparırlar? Halbuki Biz, İbrahim ailəsinə Kitab və hikmət verdik. Onlara böyük bir səltənət verdik.

İbrahim/14:11 Elçiləri isə onlara belə dedilər: "Biz, əlbəttə sizin kimi bir insanıq. Ancaq, Allah, qullarından istədiyini seçərək ona lütf edir. Allahın izni olmadan sizə bir səlahiyyət sənədi gətirə bilməmiz mümkün olan şey deyil. İman edənlər Allaha güvənməlidir.

Hədid/57:29 Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfünü inhisara ala bilməzlər, bütün lütf Allahın əlindədir, onu istədiyinə və/və ya istəyənə verir. Allah Böyük Lütf Sahibidir.