Nisa - 4:64 Biz hər elçini, Allahın izni ilə, sadəcə ona itaət edilsin deyə göndərdik. Onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan günahlarının bağışlanmasını diləsəydilər və elçi də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın əfv edən və Rəhmli olduğunu görəcəkdilər.
Elçiyə gedərək Allahdan bağışlanmalarını istəməyə örnək:
Yusuf/12:97 Dedilər ki: "Ey atamız, günahlarımızın bağışlanmasını dilə. Biz gerçəkdən yanlış davrandıq."
Yusuf/12:98 Dedi ki: "Sizin üçün Rəbbimdən bağışlanma diləyəcəyəm; O, Bağışlayandır, Rəhmlidir."