Nisa - 4:64 Biz hər elçini, Allahın izni ilə, sadəcə ona itaət edilsin deyə göndərdik. Onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan günahlarının bağışlanmasını diləsəydilər və elçi də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın əfv edən və Rəhmli olduğunu görəcəkdilər.
Müttəqilər günah işlədiklərində Allahı xatırlayır:
Qasas/28:16 (Musa) dedi: "Rəbbim! Mən özümə haqsızlıq etdim, məni bağışla." O da onu bağışladı. Çünki O, Bağışlayandır, Rəhmlidir.
Qasas/28:15 Xalqının xəbəri olmadığı bir vaxtda şəhərə girmişdi. Orada iki adamın vuruşduğunu gördü; biri onun tərəfindən (İbrani), digəri də düşmən tərəfindən (Misirli) idi. (Onun) tərəfindən olan adam düşməninə qarşı ondan yardım istədi. Buna görə də Musa o birinə bir yumruq vurub işini bitirdi. "Bu şeytanın bir işidir; o bir düşməndir, açıq-aşkar bir azdırıcıdır," dedi.

Əraf/7:201 Müttəqilərə hər nə zaman şeytandan qaranlıq bir təklif yetişsə, dərhal xatırlayarlar. Beləcə dərhal görərlər.

Hud/11:47 Dedi ki: "Rəbbim! Bilmədiyim bir mövzuda Sənə yalvardığım üçün Sənə sığınıram. Məni bağışlamasan, mənə acımasan, ziyana uğrayanlardan olaram."

Əraf/7:149 Etdiklərinə peşman olub azmış olduqlarını anlayınca da, "Rəbbimiz bizə acımaz və bizi bağışlamazsa ziyana uğrayanlardan olarıq," dedilər.