Nisa - 4:75 Sizə nə oldu ki, “Rəbbimiz! Bizi əhalisi zalım olan bu ölkədən qurtar, bizə sahib çıx, bizə yardım et!”– deyə fəryad edən əzilmiş kişilər, qadınlar və uşaqlara rəğmən hələ də Allah yolunda savaşmırsınız?
Əlaqəli:
Tovbə/9:38 Ey iman edənlər, sizə nə oldu ki, "Allah yolunda hərəkətə keçin," deyildiyi zaman, yerə yapışıb qaldınız? Axirət yerinə bu dünya həyatınamı razı oldunuz? Dünya həyatının nemətləri axirət həyatına müqayisədə çox azdır.

Şura/42:42 Ancaq, insanlara zülm edənlərə və yer üzündə haqsız yerə hücum edənlərə qarşı müqvimət göstərmək lazımdır. Onlara ağrılı-acılı bir əzab vardır.