Nisa - 4:78
Harada olursunuzsa olun, sağlam qalalarda belə olsanız ölüm sizi haqlayacaq. Başlarına yaxşı bir şey gəlsə, “Bu, Allah tərəfindəndir!”– deyərlər. Onlara bir pislik toxunsa, “Bu, sənin tərəfindəndir!” deyərlər. De ki: “Hamısı Allah tərəfindəndir.” Bu camaata nə olur ki, az qala heç bir hədis (söz) anlamırlar!
Sənə gələn yaxşılıq Allahdan, pislik isə özündəndir: Əlaqəli
Səba/34:50
De ki, " Azarsam, öz qüsurumdandır, yolu taparsam Rəbbimin mənə vəhy etməsindəndir. O Eşidəndir, Biləndir."
Qasas/28:47
Öz əlləriylə işlədikləri üzündən başlarına bir müsibət gəldiyində, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, Sənin ayələrinə tabe olsaydıq və iman edənlərdən olsaydıq," deyə bilməsinlər deyə...
Rum/30:41
İnsanların əlləri ilə işlədikləri üzündən quruda və dənizdə fəlakətlər yayıldı. Beləcə, (pislikdən) dönərlər deyə etdiklərinin bir qismini onlara daddırır.
Rum/30:36
İnsanlara bir rəhmət daddırdığımız vaxt onunla sevinərlər. Etdiklərinin qarşılığı olaraq onlara bir pislik toxunsa dərhal ümidsizliyə düşərlər.
Əraf/7:131
Onlara bir yaxşılıq gəldiyi zaman, "Buna biz layiqik," deyərlər. Onlara bir pislik toxunduğu zaman isə Musa və bərabərindəkiləri uğursuzluqla suçlayardılar. Doğrusu, onların uğursuzluğu Allah tərəfindən qərarlaşdırılır. Ancaq çoxları bilməzlər.