Nisa - 4:82 Quranı araşdırmırlarmı? Allahdan başqası tərəfindən olsaydı onda bir çox ziddiyyət tapacaqdılar.
Quran araşdırılmalı:
Muminun/23:68 Onlar bu sözü incələmədilərmi (araşdırmadılarmı), yoxsa keçmiş atalarına gəlməyən bir şeymi onlara gəldi?
اَفَلَمْ يَدَّبَّرُوا الْقَوْلَ اَمْ جَٓاءَهُمْ مَا لَمْ يَأْتِ اٰبَٓاءَهُمُ الْاَوَّل۪ينَۘ

Nisa/4:82 Quranı araşdırmırlarmı? Allahdan başqası tərəfindən olsaydı onda bir çox ziddiyyət tapacaqdılar.
اَفَلَا يَتَدَبَّرُونَ الْقُرْاٰنَۜ وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللّٰهِ لَوَجَدُوا ف۪يهِ اخْتِلَافاً كَث۪يراً

Sad/38:29 Sənə nazil etdiyimiz bu kitab mübarəkdir; ayələrini tədqiq edib araşdırsınlar və ağıl sahibləri öyüd alsınlar.
كِتَابٌ اَنْزَلْنَاهُ اِلَيْكَ مُبَارَكٌ لِيَدَّبَّرُٓوا اٰيَاتِه۪ وَلِيَتَذَكَّرَ اُو۬لُوا الْاَلْبَابِ

Muhəmməd/47:24 Nə üçün Quranı araşdırıb incələmirlər? Yoxsa beyinləri qıfıllıdır?
اَفَلَا يَتَدَبَّرُونَ الْقُرْاٰنَ اَمْ عَلٰى قُلُوبٍ اَقْفَالُهَا