Qaf - 50:29 "Mənim qatımda söz dəyişdirlməz və Mən qullara əsla haqsızlıq etmərəm."
Dirilmə günü hər kəs ədalətlə mühakimə olunar, kimsəyə haqsızlıq edilməz:
Əraf/7:8 O gün tərəzi doğrudur. Tərəziləri ağır gələnlər – uğur qazananlardır.

Muminun/23:103 Tərəziləri yüngül gələnlər isə, onlar, şəxsiyyətlərini itirənlərdir. Cəhənnəmdə əbədi qalacaqlar.
Muminun/23:102 Tərəziləri ağır gələnlər, məhz onlar qazanacaqlar.
Muminun/23:101 Boruya üfürüləcəyi gün artıq aralarında əqrəbalıq yoxdur və bir-birləri ilə də marağlana bilməzlər.

Ənbiya/21:47 Dirilmə günü üçün ədalət tərəziləri qurarıq. Kimsəyə heç bir haqsızlıq edilməz. Xardal dənəsi qədər bir ağırlığı belə hesaba qatacağıq. Biz, Hesab Çəkən olaraq yetərik.

Əraf/7:9 Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsız davranaraq şəxsiyyətlərini itirənlərdir.


Zəlzələ/99:7 Kim bir atom ağırlığında yaxşılıq edərsə, onu görər.
Zəlzələ/99:8 Və kim bir atom ağırlığında pislik edərsə, onu görər.

Ənam/6:160 Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qatı vardır. Kim pislik gətirərsə, ancaq gətirdiyinin misli ilə cəzalandırılar və onlara haqsızlıq edilməz.

Ğafir/40:40 Kim pislik işləyərsə, ona ancaq onun qədər bir cəza verilər. Kişi və ya qadın (olsun), kim inanclı olaraq müttəqi işlər görərsə, onlar cənnətə girərlər və orada hesabsız olaraq nemətlənərlər.

Nəml/27:89 Kim yaxşılıq gətirərsə, ona ondan daha yaxşısı verilər və onlar o günün qorxusundan güvənlikdə olarlar.

Ya sin/36:54 Bu gün heç kimsəyə ən xırda bir haqsızlıq edilməz və etdiyinizin qarşılığından başqasını da görməzsiniz.

Ali İmran/3:25 Hər kəsə qazandığının qarşılığı haqsızlıq edilmədən ödənəcəyi, gerçəkləşməsində şübhə olmayan o gün üçün onları topladığımızda halları necə olacaq?

Qaf/50:28 O da deyər ki, "Hüzurumda höcətləşməyin. Sizə daha öncədən xəbərdarlıq göndərmişdim."
Qaf/50:29 "Mənim qatımda söz dəyişdirlməz və Mən qullara əsla haqsızlıq etmərəm."

Bəqərə/2:281 Allaha döndəriləcəyiniz gündən çəkinin. Hər kəsə qazandığının qarşılığı haqsızlıq edilmədən ödənəcək.

Tur/52:21 Soyları tərəfindən izlənən iman edənlərə soylarını da qatarıq və onların etdiklərindən heç bir şeyi əskiltmərik. Hər kəs qazandığı şeylərin bir girovudur.

Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”

Ğafir/40:17 O gün hər kəsə etdiyinin qarşılığı ödənər. O gün haqsızlıq yoxdur. Allah tez haqq-hesab çəkəndir.

Əhqaf/46:19 Hər biri üçün, etdiklərinə görə dərəcələr vardır. Etdiklərinin qarşılığı, haqsızlıq edilmədən tam verilər.

Ta ha/20:112 İnanclı olduğu halda müttəqi davrananlar heç bir haqsızlıqdan və çətinlikdən qorxmayacaqdır.

Yunus/10:27 Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.

Qasas/28:84 Kim yaxşılıqla gələrsə, ona ondan daha yaxşısı veriləcəkdir. Kim pislik ilə gələrsə, o pislikləri işləyənlərə ancaq etdikləri qədər bir qarşılıq veriləcəkdir.

Nisa/4:85 Kim bir yaxşılığa vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Kim bir pisliyə vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Allah hər şeyi kontrol edər.
Nisa/4:123 Bu, nə sizin xülyalarınız, nə də Kitab əhlinin xülyalarına görədir: Kim bir pislik işləyərsə qarşılığını görər və Allahdan başqa bir Sahib və Yardımçı tapa bilməz.

Saffat/37:38 Siz əlbəttə ağrılı-acılı əzabı dadacaqsınız.
Saffat/37:39 Sadəcə etmiş olduqlarınızın qarşılığını görürsünüz.

Hicr/15:43 "Cəhənnəm hamısının görüşmə yeridir."
Hicr/15:44 "Onun yeddi qapısı vardır və hər bir qapı üçün onlardan müəyyən bir pay vardır."

Bəqərə/2:272 Onları doğruya yönəltmək sənə aid deyildir. Ancaq Allah istədiyini doğruya yönəldir. Möhtaclara etdiyiniz hər yaxşılıq özünüz üçün faydalıdır. Yardımlarınız yalnız Allah üçün olmalıdır. Etdiyiniz hər yaxşılığın qarşılığı sizə tam ödənəcəkdir. Haqsızlığa uğradılmayacaqsınız.

Loğman/31:16 "Əziz Oğlum, xardal dənəsi ağırlığınca bir şey, istər bir qayanın içində olsun, istər göylərdə və ya yerdə olsun, Allah onu gətirər. Allah Lətifdir, Xəbərdardır.

Yunus/10:54 Zülm etmiş bir can yer üzündəki hər şeyə sahib olsa, onu fidyə olaraq vermək istəyəcəkdir. Əzabı gördükləri vaxt dərin peşmançılıq hiss edəcəklər. Ədalətlə mühakimə olunacaqlar və onlara zülm edilməyəcəkdir.

Nisa/4:40 Allah bir atom ağırlığında belə haqsızlıq etməz. Əksinə yaxşılığın qarşılığını qat-qat verir və Öz qatından da böyük bir mükafat verir.

İsra/17:71 Hər bir xalqı öndərləriylə birlikdə çağırdığımız gün, kitabı sağından verilənlər kitablarını oxuyarlar və ən xırda bir haqsızlığa məruz qalmazlar.

Kəhf/18:49 Kitab ortaya qoyulmuşdur. Günahkarların onun içindəkilərdən qorxuya qapıldığını və "Vay olsun bizə, məgər bu kitab kiçik, böyük heç bir şeyi buraxmayıb hesaba almışdır," dediklərini görərsən. Etdikləri hər şeyi önlərində hazır görmüşdürlər. Rəbbin heç kimsəyə haqsızlıq etməz.

Məryəm/19:60 Tövbə edən, iman edən və müttəqi davrananlardan başqa. Onlar ən xırda bir haqsızlığa uğramadan cənnətə girərlər.

Muminun/23:62 Biz heç kimsəyə gücünün yetdiyindən artıq məsuliyyət yükləmərik. Qatımızda gerçəyi söyləyən bir Kitab vardır. Heç kimsə haqsızlığa uğradılmayacaqdır.

Casiyə/45:22 Allah göyləri və yeri bəlli bir məqsəd üçün yaratdı ki, hər can, qazandığının qarşılığını haqsızlığa uğramadan görsün.

Cinn/72:13 "Biz, yol göstərəni (Quranı) eşidən kimi ona iman etdik. Rəbbinə iman edən, heç bir haqsızlığa və sıxıntıya uğramaz."

Nəhl/16:97 Kişi olsun, qadın olsun, hər kim inanclı olaraq yaxşı bir iş görərsə, ona bu dünyada gözəl bir həyat bağışlayarıq və etdikləri yaxşı işlərə qarşılıq mükafatlarını da tam verərik.