Zəriyət - 51:31 (İbrahim:) "Ey elçilər, əsl görəviniz nədir?" dedi.
İbrahimə uğrayan elçilərin (mələklərin) əsil görəvi nə idi?
Hud/11:69 Elçilərimiz İbrahimə müjdəni götürdüklərində "Salam!" (sülh olsun) dedilər. O da "Salam!" dedi və dərhal (onlara) qızardılmış bir buzov gətirdi.
Hud/11:70 Əllərinin ona uzanmadığını görüncə, bu hallarını bəyənmədi; içinə bir qorxu düşdü. "Qorxma," dedilər, "Biz Lutun xalqına göndərilmişik."
Hud/11:74 İbrahimdən qorxu gedib, ona bu müjdə verilincə, Lut xalqı haqqında Bizimlə mübahisə etməyə başladı.
Hud/11:75 Doğrusu, İbrahim çox yumşaq, çox duyğulu və daim (Tanrıya) yönələn biri idi.
Hud/11:76 "Bundan əl çək İbrahim. Rəbbinin əmri gəlmişdir; onlar qarşısıalınmaz bir əzaba məhkum olmuşdurlar."

Hicr/15:58 "Biz, günahkar bir camaata göndərildik;"
Hicr/15:59 "Ancaq Lutun ailəsi xaric. (Ailəsinin) hamısını qurtaracağıq."
Hicr/15:60 "Yalnız arvadından başqa; onun geridə qalanlardan olmasını qərarlaşdırdıq," dedilər.
Hicr/15:61 Elçilər Lutun ailəsinin yanına gəldiklərində
Hicr/15:63 Dedilər ki: "Onların şübhə duyduqları şeyi sənə gətirdik."
Hicr/15:64 "Sənə gerçəyi gətirdik, biz həqiqətən doğru danışırıq."
Hicr/15:65 "Gecə vaxtı ailənlə birlikdə çıx. Arxalarından izlə və heç biriniz arxaya baxmasın. Sizə əmr edilən yerə gedin."
Hicr/15:66 'Bu xalq, səhər vaxtı məhv ediləcəkdir' şəklindəki əmri ona bildirdik.