Tur - 52:16 Orada yanın. İstər səbr edin, istər səbr etməyin sizin üçün dəyişməyəcəkdir. Etdiyinizin qarşılığını görməkdəsiniz.
İnkar edənlər cəhənnəmdə ümidsizdirlər:
Maidə/5:37 Atəşdən çıxmaq istəyərlər; amma çıxa bilməzlər. Onlar sürəkli bir cəzaya məhkum olmuşlar.

Həcc/22:22 Hər nə vaxt oradakı sıxıntıdan çıxmaq istəsələr, oraya geri çevrilərlər: "Yandırıcı əzabı dadın."

Səcdə/32:20 Yoldan çıxmışların malikanəsi isə atəşdir. Oradan hər çıxmaq istədiklərində, təkrar oraya çevrilərlər. Onlara, "Yalanlamaqda olduğunuz atəş əzabını dadın," deyilər.

Ğafir/40:49 Atəşdəkilər, cəhənnəmin gözətçilərinə, "Rəbbinizə yalvarın ki, bizdən əzabı heç olmasa, bircə gün yüngülləşdirsin," deyərlər.
Ğafir/40:50 Onlar da deyərlər ki, "Elçiləriniz sizə açıq-aşkar dəlillərlə gəlməmişdimi?" "Bəli," deyərlər. Bunun üzərinə onlar, "Elə isə özünüz yalvarın. Halbuki inkar edələrin yalvarması nəticə verməz."

Zuxruf/43:77 "Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.

İbrahim/14:21 Hamısı Allahın hüzurunda durduqlarında. Zəiflər, özlərini böyük (seçkin) tutmuş olanlara: "Biz sizin davamçılarınız idik. Bizi Allahın əzabının bir hissəsindən qurtara bilərsinizmi?" dedilər. Onlar da: "Allah bizə bir yol göstərsəydi, biz də sizə göstərərdik. Artıq ağlayıb-sızlasaq da, dayanıb-dursaq da bizim üçün eynidir, qaçıb qurtulacaq bir yerimiz yoxdur."