Vaqiə - 56:85
Biz ona (can verənə) sizdən daha yaxınıq; ancaq siz görə bilməzsiniz.
Allah qullarına nə qədər yaxındır?
Qaf/50:16
İnsanı Biz yaratdıq və onun öz-özünə nəyi pıçıldadığını yaxşı bilirik. Biz ona şah damarından daha yaxınıq.
Mucadilə/58:7
Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini anlamırsınız? Üç nəfər gizli danışsa, mütləq O onların dördüncüsüdür. Beş nəfər olsalar, mütləq O onların altıncısıdır. İstər bundan az və ya çox və harada olursa olsunlar, O onlarla bərabərdir. Sonra dirilmə günündə onlara etdiklərini xəbər verər. Allah hər şeyi Biləndir.
Yunus/10:61
Hansı durumda olursunuz olun, Qurandan nə oxuyursunuz oxuyun, hansı işi görərsəniz görün, siz onlarla uğraşarkən Biz mütləq sizə şahid oluruq. Göylərdə və yerdə olan bir atom ağırlığı belə Rəbbinin kontrolunun xaricinə çıxa bilməz. Atomdan da kiçik olsun, böyük olsun, hər şey açıq-aşkar bir kitabda qeyd edilmişdir.
Bəqərə/2:186
Qullarım Məni səndən soruşarlarsa, bilsinlər ki, Mən yaxınam. Məni çağırdığı vaxt çağıranın çağırışına qarşılıq verirəm. Doğru yolu tapa bilmələri üçün onlar da Mənə qarşılıq verməli və Mənə iman etməlidir.
Hədid/57:4
Odur göyləri və yeri altı gündə yaradan və daha sonra bütün hakimiyyəti quran. Yerə girən və ondan çıxanı, göydən enən və ona yüksələn hər şeyi Bilir. Harada olursunuzsa olun, O sizinlə bərabərdir. Allah bütün etdiklərinizi Görəndir.