Hədid - 57:19 Allaha və elçisinə iman edənlər, ən doğru olanlar və şəhidlərdir. Rəbləri qatında onlar üçün mükafatları və nurları vardır. İnkar edib ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidir.
Şəhidlər/şahidlər; Gerçəyə/Qurana, Allahın tək ilah olduğuna şahidlik edənlər:
Ali İmran/3:64 De ki, “Kitablılar! Bizimlə sizin aranızda eyni olan bir prinsipə gəlin: Allahdan başqasına qulluq etməyək və Ona heç bir şeyi ortaq qoşmayaq, birimiz digərini Allahdan sonra Rəblər qəbul etməsin." Qəbul etməzlərsə, "Şahid olun, biz müsəlmanlarıq!" - deyin.

Qaf/50:37 Bunda, zəka sahibi olan yaxud şahid olaraq qulaq asan hər kəs üçün bir mesaj vardır.

Nisa/4:166 Fəqət Allah, sənə nazil etdiyinə şahidlik edər. Onu Öz biliyi ilə nazil etdi. Mələklər də buna şahidlik edər. Şahid olaraq Allah yetər.

Ali İmran/3:18 Allah, Özündən başqa tanrı olmadığına şəhadət edər; mələklər və ədaləti qoruyan elm sahibləri də... Ondan başqa tanrı yoxdur, Üstündür, Hikmət Sahibidir.

Maidə/5:83 Elçiyə nazil edilənləri dinlədikləri zaman, gerçəyi tanımalarından ötrü gözlərinin yaşla dolduğunu görərsən. Deyərlər ki, "Rəbbimiz! İman etdik, bizi şahidlərdən hesab et."
Maidə/5:82 İnsanların arasında iman edənlərin ən azğın düşməni olaraq Yəhudiləri və müşrikləri görəcəksən. İman edənlərə sevgi baxımından ən yaxın olanları da “Biz Xristianıq!” – deyənləri görərsən. Çünki onların arasında təkəbbür göstərməyən papalar və rahiblər vardır.
Maidə/5:44 İçində hidayət və nur olan, Tövratı Biz nazil etdik. Müsəlman peyğəmbərlər onunla Yəhudilər arasında hökm verirdilər. Xaxamlar və din bilənləri də Allahın kitabından əmr edildikləri şeylərlə hökm verirlər və ona görə şahid olurdular. İnsanları ucaltmayın, Məni ucaldın və ayələrimi ucuz bir qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər inkar edəndir.
Maidə/5:113 "İstəyirik ki, ondan yeyək, qəlbimiz rahat olsun, sənin bizə doğru söylədiyini bilək və ona şahid olaq."

Ənam/6:19 Soruş: "Kimin şahidliyi böyükdür?" De ki: "Mənimlə sizin aranızda Allah Şahiddir. Sizi və yetişəcəyi hər kəsi xəbərdar etmək üçün mənə bu Quran verildi. Allahdan başqa tanrı olduğunamı şahidlik edirsiniz?" De: "Mən belə şahidlik etmirəm." Və sonra bunu da söylə: "O tək bir Tanrıdır. Mən sizin ortaq qoşduğunuz şeydən uzağam."

Əraf/7:172 Rəbbin, Adəm oğullarının bellərindən soylarını çıxarırkən onları öz-özlərinə şahid tutar: "Mən Rəbbiniz deyiləmmi?" "Bəli, şahidlik edirik," deyərlər. Beləcə dirilmə günü, "Biz bundan xəbərsiz idik," deyə bilməzsiniz.

Ənbiya/21:56 Dedi ki, "Əslində sizin Rəbbiniz göylərin və yerin Rəbbidir; onları ayıraraq yaratmışdır. Mən buna şahidlik edənlərdənəm."