Hədid - 57:25
Elçilərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitabı və qanunu nazil etdik ki, insanlar ədaləti qorusun. Böyük bir qüvvətə və insanlar üçün faydalara sahib olan dəmiri də nazil etdik ki, Allah Özünü və elçisini inancla dəstəkləyənləri ayırsın. Allah Güclüdür, Üstündür.
Allah nazil etdiyi kitabları ilə qanunlarını qoyar:
Bəqərə/2:185
Ramazan, insanlara yol göstərici, açıq-aşkar bir təlim və qanun kitabı olan Quranın nazil edildiyi aydır. Kim o aya yetişərsə, oruc tutsun. Xəstə və ya yolçu olanlarınız, tutmadığı günlərin sayı qədər, digər günlərdə oruc tutar. Allah sizin üçün asanlıq istəyər, çətinlik istəməz. Beləcə (oruc günlərinin) sayını tamamlayar, sizi doğruya yetişdirən Allahı ucaldıb şükür edərsiniz.
Maidə/5:48
Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.
Rad/13:37
Beləcə onu ərəbcə bir qanun olaraq nazil etdik. Sənə gələn bu bilgidən sonra onların arzusuna (istəyinə) uysan, Allaha qarşı nə bir dostun, nə də bir qoruyucun ola bilməz.
Furqan/25:1
Bütün dünyaya bir xəbərdarlıq olaraq, Qanunlar Kitabını quluna nazil edən çox Ucadır.
Şura/42:13
Daha öncə Nuha buyurduğu dini, sizə qanun olaraq müəyyən etdik. Sənə vəhy etdiyimiz kimi, İbrahimə, Musaya və İsaya da öyüd-nəsihət elədik: "Bu dini doğru tutun və onda ayrılığa (ixtilafa) düşməyin." Fəqət onları çağırdığın şey, ortaq qoşanlara ağır gəlməkdədir. Allah istəyəni özünə seçər və Özünə yönələni doğruya yetişdirər.
Casiyə/45:18
Sonra sənə də din mövzusunda bir qanun verdik; sən ona tabe olmalısan. Bilməyənlərin istəyinə uyma.
Hədid/57:25
Elçilərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitabı və qanunu nazil etdik ki, insanlar ədaləti qorusun. Böyük bir qüvvətə və insanlar üçün faydalara sahib olan dəmiri də nazil etdik ki, Allah Özünü və elçisini inancla dəstəkləyənləri ayırsın. Allah Güclüdür, Üstündür.
Nur/24:1
Bu, nazil edərək qanun olaraq yayımladığımız bir surədir, öyüd alasınız deyə içinə açıq-aşkar ayələr yerləşdirdik.