Hədid - 57:25 Elçilərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitabı və qanunu nazil etdik ki, insanlar ədaləti qorusun. Böyük bir qüvvətə və insanlar üçün faydalara sahib olan dəmiri də nazil etdik ki, Allah Özünü və elçisini inancla dəstəkləyənləri ayırsın. Allah Güclüdür, Üstündür.
İnsanlar "iman etdik" demələri ilə sınanmadan buraxılmazlar:
Bəqərə/2:155 Sizi qorxuyla, aclıqla, para (pul), can və məhsul itkisi ilə sınayacağıq. Müjdə ver səbr edənlərə.
Bəqərə/2:214 Yoxsa siz, sizdən öncəkilərin başına gələnlərin bənzəri sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınızımı sanırsınız? Onlar çətinlik və sıxıntıya uğradılar və elə sarsılmışdılar ki, elçi və bərabərindəki iman edənlər, “Allahın yardımı nə zamandır?”– dedilər. Yaxşı bilin ki, Allahın yardımı yaxındır.

Ali İmran/3:142 Allah aranızdakı çalışanları ortaya çıxarmadan, səbr edənləri ayırmadan cənnətə girəcəyinizimi sandınız?

Tovbə/9:16 Allah, içinizdən Özü uğrunda cihad edənləri, Allahdan, Elçisindən və iman edənlərdən başqasını yaxın dost qəbul etməyənləri bilib ayırmadan buraxılacağınızımı sandınız? Allah etdiklərinizi Xəbər Alır.

Yunus/10:14 Sonra, nə edəcəyinizi görmək üçün onların yerinə sizi yer üzünə varis etdik.

Hud/11:7 O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.

Kəhf/18:7 Biz, kimlərin müttəqi davranacağını sınamaq üçün, üzərindəki maddələrlə yer üzünü süslədik.

Ta ha/20:131 Onların bəzilərinə, sınamaq üçün verdiyimiz dünya həyatının süslərinə gözünü dikmə. Rəbbinin sənin üçün hazırladığı nemətlər daha yaxşıdır və sürəklidir.

Ənbiya/21:35 Hər can ölümü dadacaqdır. Sizi bir sınaq olaraq yaxşı və pis hadisələrlə sınayarıq və dönüşünüz Bizədir.

Muminun/23:115 "Sizi boş yerə yaratdığımızı və Bizə dönməyəcəyinizimi sandınız?"

Ənkəbut/29:2 İnsanlar, sadəcə "iman etdik" demələri ilə, heç sınağa çəkilmədən buraxılacaqlarınımı sanırlar?

Muhəmməd/47:4 Savaşda inkar edənlərlə qarşılaşdığınızda kontrol mərkəzlərini vurun. Axırda üstün gəldiyinizdə onları əsir alın; onları ya qarşılıqsız və ya fidyə qarşılığında sərbəst buraxın. Savaşa son qoyulana qədər bunu tətbiq edin. Allah istəsəydi sizi savaş dərdindən qurtarardı; ancaq O sizi beləcə bir-birinizlə sınamaqdadır. Allah yolunda öldürülənlərə gəlincə, onların etdiklərini boşa çıxarmayacaqdır.
Muhəmməd/47:31 Sizdən səy göstərənləri və çətinliklərə qarşı müqavimət göstərənləri ortaya çıxarıncaya qədər sizi sınayacağıq və keyfiyyətinizi sınayacağıq.

Zəriyət/51:56 Cinləri və insanları ancaq Mənə qulluq etmələri üçün yaratdım.

Mulk/67:2 Hansınızın daha gözəl işlər görəcəyini sınamaq üçün ölümü və həyatı yaradandır. O, Üstündür, Bağışlayandır.

Fəcr/89:15 Rəbbi, sınamaq üçün insana bolluca verib sevindirdiyi zaman, "Rəbbim mənə comərd (səxavətli) davrandı," deyər.

Bələd/90:4 İnsanı çətinliklər arasında (müqavimət göstərməsi üçün) yaratdıq.