Mucadilə - 58:13
Xüsusi görüşmənizdən öncə bir sədəqə verməkdən çəkindinizmi ki, onu yerinə yetirmədiniz? Allah tövbənizi qəbul edər. Namazı qoruyun, zəkatı verin, Allaha və elçisinə tabe olun. Allah etdiklərinizdən xəbərdardır.
Zəkatın önəmi:
Ənam/6:16
O gün kimdən əzab çevrilərsə (Tanrı) ona rəhmət etmişdir. Ən böyük zəfər budur.
مَنْ يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُۜ وَذٰلِكَ الْفَوْزُ الْمُب۪ينُ
Əraf/7:156
"Bu dünyada da bizim üçün yaxşılıq yaz, axirətdə də... Biz Sənə yönəldik." Dedi ki: "Əzabım istədiyim kimsəyə toxunacaqdır. Rəhmətim isə hər şeyi bürümüşdür; onu xüsusilə: müttəqi bir həyat sürənlərə, zəkatı verənlərə və ayələrimizə iman edənlərə yazacağam."
وَاكْتُبْ لَنَا ف۪ي هٰذِهِ الدُّنْيَا حَسَنَةً وَفِي الْاٰخِرَةِ اِنَّا هُدْنَٓا اِلَيْكَۜ قَالَ عَذَاب۪ٓي اُص۪يبُ بِه۪ مَنْ اَشَٓاءُۚ وَرَحْمَت۪ي وَسِعَتْ كُلَّ شَيْءٍۜ فَسَاَكْتُبُهَا لِلَّذ۪ينَ يَتَّقُونَ وَيُؤْتُونَ الزَّكٰوةَ وَالَّذ۪ينَ هُمْ بِاٰيَاتِنَا يُؤْمِنُونَۚ
Rum/30:39
İnsanların malları içində artması üçün verdiyiniz sələm (riba) Allah yanında artmaz. Ancaq, Allahın rizasını diləyərək verdiyiniz bir zəkata gəlincə, onu verənlər sərmayələrini qat-qat artırarlar.
وَمَٓا اٰتَيْتُمْ مِنْ رِباً لِيَرْبُوَ۬ا ف۪ٓي اَمْوَالِ النَّاسِ فَلَا يَرْبُوا عِنْدَ اللّٰهِۚ وَمَٓا اٰتَيْتُمْ مِنْ زَكٰوةٍ تُر۪يدُونَ وَجْهَ اللّٰهِ فَاُو۬لٰٓئِكَ هُمُ الْمُضْعِفُونَ
Munafiqun/63:10
Sizə ölüm gəlib və, "Rəbbim, kaş ki, məni qısa bir müdət üçün təxirə salsaydın, yoxsullara yardım edərək, müttəqilərdən ola bilsəm," demədən öncə verdiyimiz ruzilərdən yardım üçün verin.
وَاَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ اَنْ يَأْتِيَ اَحَدَكُمُ الْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَٓا اَخَّرْتَـن۪ٓي اِلٰٓى اَجَلٍ قَر۪يبٍۙ فَاَصَّدَّقَ وَاَكُنْ مِنَ الصَّالِح۪ينَ