Mucadilə - 58:13 Xüsusi görüşmənizdən öncə bir sədəqə verməkdən çəkindinizmi ki, onu yerinə yetirmədiniz? Allah tövbənizi qəbul edər. Namazı qoruyun, zəkatı verin, Allaha və elçisinə tabe olun. Allah etdiklərinizdən xəbərdardır.
Kim Allaha və elçisinə qarşı gələrsə:
Nisa/4:14 Kim Allaha və elçisinə üsyan edər və qanunlarını pozarsa, onu içində sürəkli qalacağı bir atəşə salar. Onun üçün alçaldıcı bir əzab var.
Nisa/4:136 Ey iman edənlər! Allaha, elçisinə, elçisinə nazil etdiyi kitaba və daha öncədən nazil etdiyi kitaba iman edin! Kim Allahı, mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar edərsə tamamilə azmış olar.
Nisa/4:150 Allaha və elçisinə qarşı çıxanlar, Allah ilə elçilərinin arasını ayırmaq istəyənlər, "Bir qisminə iman edib, bir qismini inkar edərik," - deyənlər və bu ikisi arasında bir yol seçmək istəyənlər...
Nisa/4:151 Bax bunlar əsl inkar edənlərdir. İnkar edənlər üçün ağrılı-acılı bir əzab hazırlayırıq.

Ənfal/8:12 Rəbbin mələklərə (və dolayısilə möminlərə) vəhy etdi: "Sizinlə bərabərəm, iman edənləri dəstəkləyin. İnkar edənlərin ürəyinə qorxu salacağam. Vurun boyunlara, vurun onların hər barmağına."
Ənfal/8:13 Çünki onlar Allaha və elçisinə qarşı gəldilər. Kim Allaha qarşı gəlsə, əlbəttə Allahın cəzası çətindir (şiddətlidir).
Ənfal/8:14 Bax bunu dadın. Kafirlər üçün bir də atəş əzabı var.

Tovbə/9:63 Bilmədilərmi ki, kim Allah və elçisinə qarşı gələrsə, içində əbədi qalacağı Cəhənnəmə məhkum olar? Bu böyük bir alçaldılmadır.

Əhzab/33:36 Allah və elçisi bir işdə hökm verdiyi zaman, heç bir iman edən kişi və qadın o işdə seçim haqqına sahib deyildir. Kim Allaha və elçisinə üsyan edərsə, açıq bir şəkildə azmış olar.
Əhzab/33:57 Allahı və elçisini incidənlərə, Allah dünya və axirətdə lənət edər və onlar üçün alçaldıcı bir cəza hazırlamışdır.

Muhəmməd/47:32 İnkar edib Allahın yolundan sapanlar və özlərinə doğru yol bəlli olduqdan sonra elçiyə qarşı gələnlər Allaha heç bir zərər verə bilməzlər. Əksinə, onların etdiklərini keçərsiz qılacaqdır.
Muhəmməd/47:33 Ey iman edənlər, Allaha tabe olun, elçiyə tabe olun və işlərinizi boşa çıxarmayın!

Fəth/48:13 Kim Allaha və elçisinə iman etməzsə, Biz inkarçılar üçün bir atəş hazırlamışıq.

Mucadilə/58:5 Allaha və Elçisinə qarşı gələnlər, özlərindən öncəkilər necə alçaldıldısa, eləcə alçaldılacaqlar. Biz, açıq-aşkar ayələr nazil etmişik. İnkar edənlər üçün utandırıcı bir əzab vardır.

Cinn/72:23 "Ancaq Allahdan bir bildirişi və mesajını çatdırıram." Artıq kim Allaha və elçisinə qarşı gələrsə, içində əbədi qalacağı cəhənnəm atəşinə layiqdir.

Nisa/4:42 İnkar edənlər və elçiyə qarşı gələnlər o gün yerlə bir olmaq istəyərlər. Allahdan heç bir söz gizləyə bilməzlər.