Mucadilə - 58:8 Gizli toplantılar qurmaqdan çəkindirildikləri halda, hələ də çəkindirildikləri işdə israr edənlər diqqətini çəkmədimi? Onlar günah işləmək, düşmənçilik etmək və elçiyə itaətsizlik etmək məqsədi ilə gizli hazırlıqlar görürlər. Sənin yanına gəldiklərində, Allahın səni salamlamadığı bir şəkildə salamlayırlar. Öz aralarında, "Söylədiklərimizdən ötrü Allah bizi cəzalandırmalı deyildimi?" deyərlər. Cəhənnəm onlara yetər. Orada yanarlar; nə pis bir məskəndir orası.
Əlaqəli:
Bəqərə/2:14 İman edənlərlə qarşılaşdıqları vaxt, "İman edirik," deyərlər; fəqət şeytanlarıyla baş-başa qaldıqlarında, "Sizinlə bərabərik. Biz sadəcə istehza etməkdəyik," deyərlər.

Ali İmran/3:72 Kitab əhlindən bir qrup dedi ki: “İman edənlərə nazil edilənə günün əvvəlində iman edin və sonunda inkar edin. Beləcə bəlkə dinlərindən dönərlər."
Ali İmran/3:73 "Sizin dininizə uyandan başqasına inanmayın." Sən də onlara: "Hidayət Allahın hidayətidir", de. "Sizə verilənin bənzərinin bir başqasına verildiyinə də inanmayın; yoxsa Rəbbiniz haqqında sizinlə mübahisə haqqı qazanarlar", deyərlərsə, "Lütf Allahın əlindədir, istədiyinə verir", de. Allah Comərddir, Biləndir.
Ali İmran/3:119 Məhz siz, onlar sizi sevmədiyi halda onları sevənlərsiniz! Üstəlik siz bütün kitablara/kitabın hamısına iman edirsiniz. Sizinlə qarşılaşdıqları zaman "İman etdik," - deyərlər, yalnız qaldıqlarında isə sizə olan öfkələrindən barmaqlarını gəmirirlər. De ki: " Öfkənizdən canınız çıxsın." Şübhəsiz Allah kökslərin özünü Biləndir.

Mucadilə/58:8 Gizli toplantılar qurmaqdan çəkindirildikləri halda, hələ də çəkindirildikləri işdə israr edənlər diqqətini çəkmədimi? Onlar günah işləmək, düşmənçilik etmək və elçiyə itaətsizlik etmək məqsədi ilə gizli hazırlıqlar görürlər. Sənin yanına gəldiklərində, Allahın səni salamlamadığı bir şəkildə salamlayırlar. Öz aralarında, "Söylədiklərimizdən ötrü Allah bizi cəzalandırmalı deyildimi?" deyərlər. Cəhənnəm onlara yetər. Orada yanarlar; nə pis bir məskəndir orası.

Tovbə/9:64 İkiüzlülər, qəlblərindəkini onlara xəbər verəcək bir surənin nazil olmasından çəkinirlər. De ki: "İstehza edin görək, Allah qorxduğunuz şeyi aşkara çıxaracaqdır."
Tovbə/9:65 Onlardan soruşsan, "Biz sadəcə zarafatlaşıb, oynayırdıq," deyərlər. De ki: "Siz, Allah ilə, ayələriylə və elçisiylə istehzamı edirsiniz?!"