Maidə - 5:1 Ey iman edənlər! Anlaşmalarınızı yerinə yetirin. Sizə oxunacaq olanların xaricindəki heyvanlar sizə halal edildi. Yalnız ihramda olarkən ov etməyi halal saymamaq şərtiylə... Allah istədiyi hökmü verir.
Həcc də qadağalar:
Maidə/5:1 Ey iman edənlər! Anlaşmalarınızı yerinə yetirin. Sizə oxunacaq olanların xaricindəki heyvanlar sizə halal edildi. Yalnız ihramda olarkən ov etməyi halal saymamaq şərtiylə... Allah istədiyi hökmü verir.
Maidə/5:2 Ey iman edənlər! Nə Allahın qoyduğu dini ayinlərə, nə müqəddəs aya, nə qurbana, nə onları işarətləyən çələnglərə, nə də Rəblərinin lütf və rizasını axtarmaq üçün Müqəddəs evə doğru yola çıxanlara hörmətsizlik etməyin. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Müqəddəs Məsciddən (Kəbədən) çevirən bir topluluğa olan kininizə görə təxribata yönəlib hücum etməyin. Yaxşılıq etməkdə və müttəqi davranmaqda yardımlaşın. Pislik və düşmənçilikdə yardımlaşmayın. Allahı dinləyin. Allahın cəzası çətindir.
Maidə/5:95 Ey iman edənlər! İhramda ikən (Həcc üçün müqəddəs bölgədə ikən) ov heyvanı öldürməyin. Sizdən kim qəsdən onu öldürərsə cəzası, aranızdan iki ədalətli şəxsin qərarlaşdırmasına əsasən ona uyğun bir ev heyvanı qurban olaraq Kəbəyə göndərməsidir. Yaxud cəza olaraq, yoxsulları doyurması ya da buna uyğun oruc tutması lazımdır. Beləcə etdiyinin vəbalını dadmış olsun. Keçmişdəkiləri Allah əfv etdi. Kim bunu təkrarlayarsa Allah ondan öc alar. Allah Üstündür, Öc Alandır.

Bəqərə/2:196 Həcc və ümrəni Allah üçün tam yerinə yetirin. Sizə əngəl törədərlərsə müyəssər bir qurban göndərin. Qurban, yerinə yetişincəyə qədər başınızı qırxmayın; ancaq xəstə olan və ya başında bir narahatçılığı olanlar, oruc, sədəqə və ya hər hansısa bir ibadətlə fidyə verməlidir. Güvən ortamında, hər kim Həcc zamanına qədər (ehramdan çıxaraq) ümrədən yararlanarsa, müyəssər bir qurban göndərməlidir. Bunu yerinə yetirə bilməyənlər, həcc əsnasında üç gün və (vətəninə) döndükdən sonra da yeddi gün olmaq üzrə toplam on gün oruc tutmalıdır. Bu, ailəsi Müqəddəs Məscid (Kəbə) ətrafında yaşamayanlar üçündür. Allahı dinləyin və bilin ki, Allahın əzabı çətindir.
Bəqərə/2:197 Həcc, bilinən aylarda yerinə yetirilməlidir. Kim o aylarda həccə qərar vermişsə, bilsin ki, həcdə cinsi əlaqə, pislik etmək, mübahisə etmək yoxdur. Etdiyiniz hər yaxşılığı Allah bilir. Yol üçün azuqənizi hazırlayarkən, ən xeyirli azuqənin müttəqilik olduğunu unutmayın. Dərrakə sahibləri! Məni dinləyin.