Maidə - 5:104
Onlara: "Allahın nazil etdiyinə və elçiyə tərəf gəlin," deyildiyində, "Atalarımızı üzərində gördüyümüz yol bizə yetər!" - deyərlər. Ataları, bir şey bilməyən və doğru yolu tapa bilməyən kimsələr olsa necə?
Elçilərə "Biz atalarımızın getdiyi yolu gedəcəyik." dedilər:
Bəqərə/2:170
Onlara, “Allahın nazil etdiyinə tabe olun!”– deyilsə, “Xeyr, biz atalarımızın izlədiyi yolu izləyirik,": deyərlər. Elə isə, ataları bir şey düşünə bilməyən və doğru yolu tapa bilməyən kimsələr olsa da?!
Maidə/5:104
Onlara: "Allahın nazil etdiyinə və elçiyə tərəf gəlin," deyildiyində, "Atalarımızı üzərində gördüyümüz yol bizə yetər!" - deyərlər. Ataları, bir şey bilməyən və doğru yolu tapa bilməyən kimsələr olsa necə?
Əraf/7:28
Hər hansısa pis bir şeyi işlədikləri zaman, "Atalarımızı bu cür edərkən gördük; Allah da bizə elə əmr etdi," deyərlər. De ki: "Allah pis bir şeyi əmr etməz. Allah haqqında necə olur ki, bilmədiklərinizi söyləyirsiniz?"
Əraf/7:70
Dedilər ki: "Sadəcə Allaha qulluq edək və atalarımızın qulluq/xidmət etdiklərini tərk edək deyəmi bizə gəldin? Doğru sözlüsənsə bizi təhdid etdiyin şeyi gətir, görək."
Yunus/10:78
Dedilər: "Sən, yer üzündə böyüklük ikinizə qalsın deyə, atalarımızı üzərində gördüyümüz şeydən bizi çevirmək üçünmü bizə gəldin? Biz sizə əsla iman etməyəcəyik."
Hud/11:62
Dedilər ki: "Ey Saleh, sən bundan öncə, aramızda məşhur bir ümid qaynağı idin. İndi sən bizi atalarımızın qulluq/xidmət etdiklərindənmi çəkindirirsən? Biz, sənin bizi çağırdığın şeylərdən şübhə içindəyik."
Hud/11:87
Dedilər ki: "Şueyb, atalarımızın qulluq/xidmət etdiklərindən və ya ticarətimizi istədiyimiz kimi idarə etməkdən əl çəkməyimizi, sənin namazınmı lazım bilir? Sən əslində yumşaq xasiyyətlisən, ağıllısan."
İbrahim/14:10
Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
Ənbiya/21:51
Biz daha öncə də İbrahimə anlama və qavrama bacarığını bağışlamışdıq. Biz onu çox yaxşı bilirdik.
Ənbiya/21:52
Atasına və xalqına, "Özünüzü həsr etdiyiniz bu heykəllər də nə olan şeydir?" dedi.
Ənbiya/21:53
"Atalarımızı onlara qulluq/xidmət edərkən gördük," dedilər.
Ənbiya/21:54
"Doğrusu, siz və atalarınız açıq-aşkar bir azğınlıq içinə düşmüşsünüz," deyincə,
Şuəra/26:69
Onlara İbrahimin tarixini anlat.
Şuəra/26:70
Atasına və xalqına, "Nəyə qulluq/xidmət edirsiniz?" demişdi.
Şuəra/26:71
"Heykəllərə qulluq/xidmət edirik; Biz özümüzü onlara həsr etmişik," dedilər.
Şuəra/26:72
"Onları çağırdığınız zaman sizi eşidirlərmi?" dedi,
Şuəra/26:73
"Yaxud sizə fayda və ya zərər verə bilirlərmi?"
Şuəra/26:74
"Xeyr; ancaq biz atalarımızın belə etdiklərini gördük," dedilər.
Şuəra/26:135
"Sizin üçün müdhiş bir günün cəzasından qorxuram."
Şuəra/26:136
Dedilər ki, "Öyüd versən də, verməsən də, bizə görə eynidir."
Şuəra/26:137
"Bu, bizdən öncəkilərin izlədiyi həyat tərzidir."
Qasas/28:36
Musa onların yanına açıq-aşkar ayə və möcüzələrimizlə gedincə, "Bu ancaq uydurma bir sehrdir. Biz belə bir şeyi öncəki atalarımızdan eşitmədik," dedilər.
Qasas/28:36
Musa onların yanına açıq-aşkar ayə və möcüzələrimizlə gedincə, "Bu ancaq uydurma bir sehrdir. Biz belə bir şeyi öncəki atalarımızdan eşitmədik," dedilər.
Loğman/31:21
Onlara: "Allahın nazil etdiyinə tabe olun," deyildiyi zaman, "Yox, biz atalarımızı üzərində gördüyümüz yolu izləyərik," deyərlər. Şeytan onları alovlu atəşin əzabına çağırmış olsa da?
Səba/34:42
O gün bir-birinizə fayda və zərər verə bilməzsiniz. Zalımlara, "Yalanlamaqda olduğunuz atəş əzabını dadın," deyərik.
Səba/34:43
Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman: "Bu, həqiqətən, sizi atalarınızın qulluq/xidmət etmə yolundan azdırmaq istəyən bir adamdır." Üstəlik, "Bu, uydurulmuş bir iftiradan başqa bir şey deyildir," dedilər. İnkar edənlər, özlərinə gələn gerçək üçün dedilər: "Açıq-aydın, bu bir sehrdir."
Saffat/37:68
Sonra dönüşləri yenə cəhənnəmədir.
Saffat/37:69
Onlar, atalarını azğın kimsələr olaraq görmüşdülər.
Saffat/37:70
Və onların izlərini kor-koranə izləyirdilər.
Zuxruf/43:22
Xeyr, "Biz atalarımızı bir yol üzərində gördük və biz onların təlimlərini izləyirik," dedilər.
Zuxruf/43:23
Eyni bunun kimi, səndən öncə, bir şəhərə hər nə zaman bir xəbərdar edən göndərdiksə, elita təbəqə, "Biz, atalarımızı bir yol üzərində gördük və biz onların təlimlərini izləyirik," deyərdilər.
Zuxruf/43:24
O da, "Sizə, atalarınızı üzərində gördüyünüzdən daha doğrusunu gətirmiş olsam da?" deyərdi. Onlar da, "Sizin gətirdiyiniz mesajı inkar edirik," deyərdilər.