Maidə - 5:113 "İstəyirik ki, ondan yeyək, qəlbimiz rahat olsun, sənin bizə doğru söylədiyini bilək və ona şahid olaq."
Allah möcüzələri iman edənlər üçün sərgiləyər:
Bəqərə/2:260 İbrahim, “Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər,” - demişdi. "Yoxsa inanmırsan?" - dedi. "Bəli; ancaq qəlbimi gücləndirməsi üçün," - dedi. “Dörd quş al və onları yaxşıca araşdır (fərqli xüsusiyyətlərini tanı). Sonra hər bir dağın üzərinə onlardan bir qismini yerləşdir. Daha sonra onları çağır. Dərhal sənin yanına gələcəklər. Biləsən ki, Allah Güclüdür, Hikmət Sahibidir," - dedi.

Əraf/7:143 Musa, təyin edilən vaxtda Bizə gəlincə və Rəbbi onunla danışınca, "Rəbbim mənə görün, Sənə baxım," dedi. "Məni görə bilməzsən. Ancaq bu dağa bax; yerində durarsa, o zaman məni görəcəksən," dedi. Rəbbi, dağa görününcə onu parça-parça etdi və bundan sonra Musa özündən getdi. Ayılınca, "Sən Ucasan, Sənə yönəlirəm. Mən iman edənlərin ən öndə olanıyam," dedi.

Bəqərə/2:118 Cahillər: “Allah bizimlə danışmalı və ya bizə bir ayə (möcüzə) gəlməli deyildimi?” dedilər. Daha öncəkilər də onlar kimi danışmışdılar. (Onların) başları bir-birinə bənzəyir. Biz möcüzələri, iman edənlərə sərgiləyərik.

Ənam/6:111 Onlara mələkləri endirsək, onlarla ölülər danışsa və hər şeyi gətirib önlərinə toplasaq, Allahın istədikləri xaric, yenə iman edəcək deyillər. Fəqət çoxu bu gerçəyi bilməz.