Maidə - 5:34 Onları yaxalamadan öncə tövbə edənlər başqa. Biləsiniz ki, Allah Bağışlayandır, Rəhmlidir.
Ölüm anında tövbə keçərsizdir:
Yunus/10:90 İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun ordusu isə küstahca və düşməncə arxalarına düşdü. Boğulmaq üzrə ikən, "İsrail oğullarının iman etdiyindən başqa tanrı olmadığına iman etdim, mən müsəlmanam," dedi.
Yunus/10:91 "Çox gec! Daha öncə baş qaldırmış və fəsad törədənlərdən olmuşdun."

Nisa/4:18 Davamlı olaraq pis işlər görən və özlərinə ölüm yetişincə: “Mən artıq tövbə etdim!”– deyənlərin tövbəsi keçərsizdir. İnkarçı olaraq ölənlərin də tövbəsi keçərsizdir. Onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.

Ali İmran/3:90 İmanlarından sonra inkar edib, inkarlarında həddi aşanların tövbələri qəbul edilməz; onlar artıq tamamilə azmışdır.