Maidə - 5:35 Ey iman edənlər! Allahı dinləyin, Ona yetişmək üçün yol axtarın və Onun yolunda cihad edin ki, müvəffəqiyyətə nail olasınız.
Cənnət; ən böyük müvəffəqiyyət:
Buruc/85:11 İman edən və müttəqi davrananlar isə içlərindən çaylar axan cənnətlərə layiqdirlər. Böyük uğur budur.

Maidə/5:119 Allah elan edəcək: "Bu, doğrulara doğruluqlarının fayda verdiyi gündür." Onlar üçün içlərindən çaylar axan və orada sürəkli qalacaqları cənnətlər (bağçalar) var. Allah onlardan, onlar da Ondan razı olmuşdur. Böyük uğur məhz budur...

Saff/61:12 Günahlarınızı bağışlayar və sizi içindən çaylar axan bağçalara və Ədn bağçalarındakı saraylara daxil edər. Böyük uğur budur.

Fəth/48:5 Və iman edən kişilərlə, iman edən qadınları, içindən çaylar axan cənnətərə əbədi qalmaq üzrə daxil etsin və onların günahlarını örtsün. Əlbəttə bu, Allah qatında böyük bir uğurdur.

Təğabun/64:9 Gün gələr, sizi toplanma günü üçün toplayarıq. Bu, aldanma günüdür. Kim Allaha iman edər və müttəqi davranarsa, pisliklərini örtər və onu altından çaylar axan cənnətlərə daxil edər. Orada əbədi qalarlar. Böyük uğur məhz budur.

Zumər/39:73 Rəblərinə ehtiram edib dinləyənlər isə dəstə-dəstə cənnətə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə sülh olsun; qazandınız. Haydı, təməlli qalmaq üçün oraya daxil olun," deyərlər.