Maidə - 5:42 Yalana qulaq asır, qeyri-qanuni yoldan yeyirlər. Sənin yanına gələrlərsə, istəyirsən aralarında hökm ver, istəyirsən üz çevir. Onlardan üz çevirdiyin təqdirdə sənə heç bir zərər verə bilməzlər. Hökm verməli olsan, aralarında ədalətlə hökm ver. Allah ədalətli olanları sevər.
Azğınları və həddini bilməyənləri təsdiqləyən kitab əhlindən ikiüzlülər:
Nisa/4:51 Özlərinə kitabdan bir pay verilənləri görmürsənmi? Bütpərəstliyə və yanlış doktrinalara inanırlar və inkar edənlər üçün, "Bunlar, iman edənlərdən daha doğru yoldadır", deyirlər.

Maidə/5:61 Sizə gəldiklərində, "İman etdik!" – dedilər. Halbuki yanınıza inkarlarıyla girib, inkarlarıyla çıxmışdılar. Onların gizlətdiklərini Allah daha yaxşı bilir.
Maidə/5:62 Onların çoxunu günahda, düşmənçilikdə və haram yeməkdə tələsən görərsən. Etdikləri necə də pisdir!
Maidə/5:63 Xaxamları və din xadimləri onları bu günah sözləri söyləməkdən, haram yeməkdən çəkindirməli deyildimi? Etdikləri necə də pisdir!

Nisa/4:44 Özlərinə kitabdan bir pay verilənlərin, azğınlığı satın aldıqlarını və sizin də yolunuzu azmağınızı istədiklərini görmürsənmi?
Nisa/4:60 Sənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia etdikləri halda azğınların və despotların qanunlarını tətbiq etmək istəyənləri görmürsənmi? Halbuki onu inkar etməklə əmr edilmişdilər; fəqət şeytan onları tamamilə azdırmaq istəyir.

Maidə/5:41 Ağızlarıyla "iman etdik", dedikləri halda qəlbləriylə iman etməyənlərin inkarçılıqdakı səyləri səni üzməsin. Yəhudilərin bir qrupu var ki, yalana qulaq verir, səninlə heç qarşılaşmamış bir topluluğu dinləyir. Kəlmələrin mənasını dəyişdirib. "Sizə bu verilərsə alın, bu verilməzsə çəkinin," deyirlər. Allah birini çaşdırmaq istəyərsə, Allaha qarşı kimsə ona yardım edə bilməz. Bax onlar, Allahın qəlblərini təmizləmək istəmədiyi şəxslərdir. Onlar üçün dünyada alçaldılma və axirətdə də böyük bir əzab var.
Maidə/5:42 Yalana qulaq asır, qeyri-qanuni yoldan yeyirlər. Sənin yanına gələrlərsə, istəyirsən aralarında hökm ver, istəyirsən üz çevir. Onlardan üz çevirdiyin təqdirdə sənə heç bir zərər verə bilməzlər. Hökm verməli olsan, aralarında ədalətlə hökm ver. Allah ədalətli olanları sevər.
Maidə/5:77 De, "Kitablılar! Dininiz mövzusunda gerçəkdən kənara çıxmayın. Daha öncə azan, çox kimsəni də azdıran, beləcə doğru yolu itirən bir camaatın həvəslərinin ardınca getməyin."
Maidə/5:78 İsrail oğullarının inkar edənləri, həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətlənmişdi. Çünki onlar üsyan edib sərhəd tanımırdılar (həddi aşmışdılar).
Maidə/5:79 Etdikləri pisliklərə görə bir-birlərini tənbeh etmirdilər (çəkindirmirdilər). Etdikləri necə də pis idi.
Maidə/5:80 Əksəriyyətinin inkar edənlərlə dost olduğunu görərsən. Nəfslərinin onlar üçün göndərdiyi şey necə də pisdir! Allah onlara qəzəblənmişdir; əzabda sürəkli qalacaqlar.