Maidə - 5:47
İncil əhli Allahın onda nazil etdiyi ilə hökm versin. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə məhz onlar yoldan çıxanlardır.
Kitab əhli haqqında Allahın hökmü:
Bəqərə/2:62
İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.
Maidə/5:69
İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Həcc/22:17
İman edənlər, yəhudilər, din dəyişdirənlər, xristianlar, atəşpərəstlər (zərdüştilər) və ortaq qoşanlar... Allah Dirilmə günü aralarında hökm verəcəkdir. Allah hər şeyə Şahiddir.
Ali İmran/3:198
Rəblərini dinləyənlər üçün içərilərində çaylar axan cənnətlər var. Allah tərəfindən bir məskən olaraq orada əbədi qalacaqlar. Yaxşılar üçün Allahın yanında olanlar daha xeyirlidir.
Nisa/4:122
İman edib müttəqi işlər görənləri, içlərində çaylar axan, cənnətlərə yerləşdirəcəyik; orada əbədi qalacaqlar. Allahın sözü gerçəkdir. Allahdan daha doğru sözlü kim ola bilər?
Nisa/4:123
Bu, nə sizin xülyalarınız, nə də Kitab əhlinin xülyalarına görədir: Kim bir pislik işləyərsə qarşılığını görər və Allahdan başqa bir Sahib və Yardımçı tapa bilməz.