Maidə - 5:53 O zaman iman edənlər, “Sizinlə bərabər olduqlarına bütün gücləriylə Allah adına and içənlər bunlardırmı?” deyəcək. Səyləri boşa çıxmış və zərər etmişlərdir.
Zərərdən məqsəd nədir?
Ənam/6:104 Rəbbinizdən sizə aydınladıcı bilgilər gəlmişdir. Kim görərsə öz xeyrinə, kim korluq edərsə öz zərərinədir. Mən üzərinizdə nəzarətçi deyiləm.

Bəqərə/2:286 Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyər. Hər kəsin qazandığı yaxşılıq öz xeyrinə, qazandığı pislik isə öz zərərinədir. “Rəbbimiz, unudar yaxud yanılarıqsa bizi məsul tutma! Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə ağır öhdəliklər yükləmə! Rəbbimiz, gücümüzün çatmayacağı şeyləri bizə yüklətmə! Bizi xoş qarşıla, bizi bağışla və bizə rəhm et! Sənsən bizim Mövlamız (Sahibimiz və Hökmdarımız)! İnkar edən topluluqlara qarşı bizə yardım et!”

Şəms/91:8 Sonra da ona pisliyini və müttəqiliyini bildirənə and olsun ki;

Ali İmran/3:180 Allahın lütfündən onlara bağışladığı nemətlərdə xəsislik edənlər onu özləri üçün xeyirli sanmasın. Əksinə, o onlar üçün zərərlidir. Toplayıb yığdıqları, Dirilmə Günü boyunlarına dolanacaq. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır.

Tovbə/9:34 Ey iman edənlər, din bilənlərin və din adamlarının çoxu insanların pulunu nahaq yerə yeyərlər və Allahın yolundan azdırırlar. Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməyənlərə ağrılı-acılı bir əzab müjdələ.

Ənkəbut/29:52 De ki, "Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. Göylərdə və yerdə nə varsa bilir. Yanlışa iman edib, Allaha iman etməyənlər, əsl zərərə uğrayanlardır."

Yunus/10:108 De ki: "Ey insanlar, Rəbbinizdən sizə gerçək gəlmişdir. Kim yola gələrsə, özü üçün yola gəlmiş olar. Kim də azarsa, öz zərərinə azar. Mən, sizə cavabdeh deyiləm."

Fatir/35:39 O ki, sizi yer üzündə yönəticilər etdi. Kim inkar edərsə, öz zərərinə inkar etmişdir. İnkar edənlərin inkarı, Rəbləri qatında nifrətdən başqa bir şey artırmaz. İnkar edənlərin inkarı itkidən (ziyandan) başqa bir şey artırmaz.

Fussilət/41:46 Kim müttəqi davranarsa, öz xeyrinədir. Kim pis davranarsa, öz zərərinədir. Rəbbin, qullara zülm etməz.

Əsr/103:3 Ancaq iman edib müttəqi davrananlar, bir-birlərinə gerçəyi tövsiyə edənlər və bir-birlərinə səbr etməyi tövsiyə edənlər xaric.

Muminun/23:102 Tərəziləri ağır gələnlər, məhz onlar qazanacaqlar.
Muminun/23:103 Tərəziləri yüngül gələnlər isə, onlar, şəxsiyyətlərini itirənlərdir. Cəhənnəmdə əbədi qalacaqlar.
Muminun/23:104 Onlar orada pərişan vəziyyətdə ikən, atəş də üzlərini yalayacaqdır.
Muminun/23:105 Ayələrim sizə oxunmurdumu və siz də onları yalanlamırdınızmı?