Maidə - 5:61
Sizə gəldiklərində, "İman etdik!" – dedilər. Halbuki yanınıza inkarlarıyla girib, inkarlarıyla çıxmışdılar. Onların gizlətdiklərini Allah daha yaxşı bilir.
İkiüzlülərin içlərində gizlədikləri:
Ənfal/8:30
İnkar edənlər səni təsirsiz hala gətirmək və ya səni öldürmək, ya da səni yurdundan qovub çıxartmaq üçün planlar qururdular. Onlar plan qururlarsa, Allah da plan qurur. Allah plan quranların Ən Ustasıdır.
Tovbə/9:64
İkiüzlülər, qəlblərindəkini onlara xəbər verəcək bir surənin nazil olmasından çəkinirlər. De ki: "İstehza edin görək, Allah qorxduğunuz şeyi aşkara çıxaracaqdır."
Muhəmməd/47:29
Qəlblərində xəstəlik olanlar, Allahın, onların kinlərini açığa çıxaracağını bilmirlərmi?
Muhəmməd/47:30
İstəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindən tanıyardın. Sən onları sözlərinin əyriliyindən tanıya bilərsən. Allah bütün işlədiklərinizi bilir.
Fəth/48:6
Və Allah haqqında pis düşüncələr bəsləyən ikiüzlü kişilərlə ikiüzlü qadınları və bütpərəst kişilərlə bütpərəst qadınları cəzalandırsın. Pislikləri əks təsir göstərəcəkdir. Allah onlara qəzəblənmiş, onları lənətləmiş və onlar üçün cəhənnəmi hazırlamışdır. Orası necə də pis bir dönüş yeridir.