Maidə - 5:89 Allah qəsdiniz olmadan içdiyiniz andlardan sizi məsuliyyətli tutmaz. Ancaq bilə-bilə içdiyiniz andlardan sizi məsuliyyətli tutar. Andınızı pozsanız cəzası, ailənizə ümumi olaraq yedirtdiyiniz yeməklərdən on yoxsulu doyurmaq və ya geyindirmək və ya bir köləni azad etməkdir. Kim tapa bilməzsə üç gün oruc tutmalıdır. Bu, bilə-bilə içdiyiniz andlarınızın cəzasıdır. Andlarınızı qoruyun. Allah gözəl qarşılıq verəsiniz deyə ayələrini bu cür açıqlayır.
"Allah qəsdən içilən andlardan məsuliyyətli tutar": Əlaqəli
Bəqərə/2:224 İnsanlar arasında yaxşı, müttəqi və dürüst görünmək üçün Allahı andlarınıza alət etməyin. Allah Eşidir, Bilir!
Bəqərə/2:225 Allah sizi qərəzsiz içdiyiniz andlara görə məsul tutmaz; ancaq qəlbinizdəki gerçək niyyətinizdən məsul tutar. Allah Bağışlayandır, Şəfqətlidir.