Maidə - 5:91 Şeytan, sərxoşedicilərlə, qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı xatırlamaqdan və namazdan ayırmaq istəyir. Artıq (bunlardan) əl çəkirsinizmi?
Sərxoş edicilər namazdan necə çəkindirir?
Nisa/4:43 Ey iman edənlər! Sərxoş ikən nə dediyinizi bilənə qədər, səfərdə olanlar xaric cinsi əlaqədən sonra yuyununcaya qədər namaza durmayın. Xəstə və ya səfərdəsinizsə, yaxud biriniz ayaq yolundan gəlmişsə, yaxud qadınlarla cinsi əlaqəyə girib, su tapa bilməmişsinizsə, təmiz və quru bir torpağa toxunub üzünüzə və əllərinizə sürtərək təyəmmüm edin. Allah Əfv edər, Bağışlayar.