Mumtəhənə - 60:2 Sizi ələ keçirsələr, sizə düşmən kəsilərlər, əlləri və dilləri ilə sizi incidərlər. İnkar etməyinizi istəyərlər.
"Sizi ələ keçirsələr sizə düşmən kəsilərlər və əlləriylə, dilləriylə sizi incidərlər.":
Mumtəhənə/60:2 Sizi ələ keçirsələr, sizə düşmən kəsilərlər, əlləri və dilləri ilə sizi incidərlər. İnkar etməyinizi istəyərlər.

Tovbə/9:8 Necə ola bilər ki? Sizə qalib gəlsəydilər, nə bir əqrəbalıq əlaqəsini qoruyardılar, nə də bir müqaviləni... Ağızları ilə sizi passivləşdirəcək xoş sözlər söyləyərlər, fəqət qəlbləri əksini istəyər. Çoxları yoldan çıxmışdır.
Tovbə/9:10 İman etmiş birisi haqqında nə bir əqrəbalıq bağı, nə də bir müqavilə gözləməzlər; hücum edənlər və həddi aşanlar onlardır.

Buruc/85:7 Və iman edənlərə etdikləri işgəncəni seyr edirlər.
Buruc/85:8 İman edənlərdən nifrət edirdilər. Sadəcə, onlar Üstün və Tərifəlayiq olan Allaha iman etdikləri üçün...

Əhzab/33:19 Sizinlə əlaqələrində çox xəsisdirlər. Təhlükə gəldiyində, üzərinə ölüm halsızlığı çökmüş kimsə kimi gözləri qorxudan dönmüş bir halda sənə baxdıqlarını görərsən. Təhlükə keçincə də, mala-mülkə düşkünlük göstərərək sizi acı (incidici) dilləri ilə incidərlər. Bu cür kimsələr iman etmiş deyillər. Buna görə Allah onların işlərini boşa çıxarar. Bu, Allah üçün asandır.

Nisa/4:141 Onlar sizə göz qoyurlar. Allahdan sizə bir zəfər gəldiyində: “Biz sizinlə birlikdə deyildikmi?”– deyərlər. Qazanma sırası inkar edənlərə gələrsə bu səfər, “Biz sizə dəstək olaraq sizi iman edənlərdən qorumadıqmı," - deyərlər. Dirilmə günü, Allah aranızda hökm verəcəkdir. Allah inkar edənlərə, iman edənlər üzərində hakim olma fürsətini verməyəcək.

Əhzab/33:13 Onlardan bir qrup isə, "Yəsrib əhli, artıq dayana bilməzsiniz; geri dönün," deyirdi. Onlardan digər qrup isə, evləri qorunduğu halda, "Evlərimiz mühafizəsiz qaldı," deyərək peyğəmbərdən izin istəyirdilər. Bütün məqsədləri qaçmaq idi.
Əhzab/33:14 Orası işğal edilsə və düşmənə qatılmaları istənsəydi heç tərəddüt etmədən onlara qatılardılar.

Tovbə/9:98 Bəzi Ərəblər, yardımlarını bir itki və marağsız görülən iş sayar və sizin üçün fəlakətlər gözləyirlər. Ən pis fəlakətlər onlar üçündür. Allah Eşidəndir, Biləndir.