Mumtəhənə - 60:7
Bəlkə də Allah sizinlə onlar arasındakı düşmənçiliyi sevgiyə çevirər. Allah Qadirdir. Allah Bağışlayandır, Rəhmlidir.
Rəhim (Mərhəmətli)
Ali İmran/3:157
Allah yolunda ölər yaxud öldürülsəniz, Allahın bağışlaması və rəhmətinə qovuşmuş olarsınız ki, bu onların bütün topladıqlarından daha yaxşıdır.
Ali İmran/3:195
Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
Nisa/4:48
Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, çox böyük bir həqarət etmiş olar.
Nisa/4:96
Öz qatından dərəcələrlə, bağışlanma və rəhmət ilə... Allah Bağışlayandır, Rəhmlidir.
Ənam/6:12
De: "Göylərdə və yerdə olanlar kimindir?" De: "Allahındır!" Özünə mərhəmətli olmağı lazım bildi. Haqqında şübhə olmayan Dirilmə günü sizi toplayacaqdır. Şəxsiyyətlərini itirənlər iman etməyənlərdir.
Ənam/6:54
Ayələrimizə iman edənlər sənin yanına gəlincə, "Sizə salam olsun! Rəbbiniz mərhəmətli davranmağı prinsip seçib. Bunun üçün, hər kim bilməyərək işlədiyi bir pislikdən sonra tövbə edərək özünü düzəldərsə, bilsin ki, O Bağışlayandır, Rəhmlidir."
Əraf/7:153
Pislik işlədikdən sonra tövbə edib iman edənlər üçün Rəbbin əlbəttə ondan sonra Bağışlayandır, Rəhmlidir.
Nəhl/16:119
Buna rəğmən Rəbbin, avamlıqları üzündən pislik etdikdən sonra ardından tövbə edib düzələnlərə (qarşı), bəli sənin Rəbbin ondan sonra Bağışlayandır, Rəhmlidir.
Nur/24:20
Allahın sizə lütfü və rəhməti olmasaydı, Allah ən Şəfqətli və Rəhim (ən Mərhəmətli) olmasaydı.
Furqan/25:70
Ancaq iman edib müttəqi bir həyat sürənlər xaric. Allah onların günahlarını yaxşılıqlara çevirər. Allah Bağışlayandır, Rəhmlidir!
Zumər/39:53
Onlara bildir: "Özlərinə qarşı həddi aşan qullarım, Allahın rəhmətindən ümid kəsməyin. Allah bütün günahları əfv edəndir. O, Bağışlayandır, Rəhmlidir."
Muminun/23:109
"Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."
Muminun/23:118
De ki: "Rəbbim, (bizi) bağışla, mərhəmət et; Sən, mərhəmət edənlərin ən yaxşısısan."